Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu ölkədə koronavirusdan ölənlər 197 nəfər oldu

 

 

 İtaliyada son dörd gün ərzində 49 nəfər koronavirusdan dünyasını dəyişib.

Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, bu barədə Mülki Müdafiə Xidmətinin rəhbəri Anjelo Borelli bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 197 nəfərə çatıb.

“Dünyasını dəyişənlər 62 - 95 yaş arasıdır. Onların səhhətində problemlər mövcud olub. Gün ərzində ümumi yoluxma hallarının sayı demək olar ki, 800 nəfər artaraq 4 636 nəfərə çatıb.

Bu rəqəmə ölənlər və sağalanlar da daxildir. Virusa yoluxanların 109 nəfəri sağalıb. Ümumilikdə 523 nəfər müalicə aldıqdan sonra sağalaraq evə göndərilib” - deyə, Borrelli əlavə edib. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 714-ə çatıb. Bunların 55 995 nəfəri sağalıb, 3 412 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam