Redaktor seçimi
Alı Alıyevin “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”-
Ucar Rayon Məşğulluq Mərkəzində nələr olmur?-
Keçmiş əməkdaşı Elçin Quliyevi “Topa tutdu”-
Səhiyyə Nazirliyində qan, yoxsa korrupsiya xərçəngi? -
  
Eldar Əzizovun 500 manatlıq zibil maxinasiyası…
Nazir Azad Rəhimovun biznes imperiyası açıqlandı-
“Rifah Plaza” MMC insanlara cəhənnəm əzabı yaşadır-Nəsimi Rayon İcra Hakimiyyəti ilə birlikdə+
Günün xəbəri

Özbəkistan prezidenti - Bakıda Türk Şurasının üzvləri ilə ikitərəfli görüşlər keçirəcək

Özbəkistan prezidenti Bakıda Türk Şurasının üzvləri ilə ikitərəfli görüşlər keçirəcək
Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısında iştirak edəcək.

Yenixeber.org: Bu barədə Özbəkistan prezidentinin Mətbuat xidməti açıqlama yayıb.

Sammitdə çoxplanlı əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə dair məsələlər müzakirə ediləcək. Həmçinin Özbəkistanın təşkilata tamhüquqlu üzv olması üçün birgə bəyanat qəbul olunacaq.

Sonda TDƏŞ-in VII Zirvə Toplantısının yekun Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.

Özbəkistan prezidenti Bakıda TDƏŞ-ə üzv dövlətlərin nümayəndə heyətləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}