Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Pakistan Hindistanla sərhəd ərazilərə hərbi texnika yığır-Münaqişə

 

Pakistan Kəşmir münaqişəsinə görə Hindistan ilə sərhəd ərazilərə hərbi texnika yerləşdirir.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, bu ölkənin üç “C-130” hərbi təyyarəsi Skardu hərbi bazasına müasir texnika, silah və sursat daşıyıb.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib. Bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Bir neçə gün əvvəl isə Pakistan Hindistan ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam