Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Qətərin əmiri, əmirin müavini və Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Azərbaycan Prezidentini təbrik edib

 Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Yenixeber.org: Təbrikdə deyilir: “Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırırıq.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına davamlı tərəqqi və rifah, həmçinin ölkələrimizin ikitərəfli əlaqələrinin gələcək illərdə daha da inkişaf etməsini arzulayıram”.

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani də Azərbaycan Prezidentinə təbrik göndərib. 

Təbrikdə bildirilir: “Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.

Azərbaycan Prezidenti İlham Əliyevə daha bir təbrik Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan gəlib.

Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan hər il mayın 28-də öz tarixində ən parlaq və əlamətdar günlərdən birini – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması gününü qeyd edir.
Ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda inamla irəliləyir. Sizin müdrik siyasətiniz, uzaqgörənliyiniz və geniş təfəkkürünüz sayəsində bu gün Azərbaycan Respublikası dünya arenasında nüfuzu ilbəil artan, dinamik inkişaf edən dövlətdir.

Bu bayram günündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sülh, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə bundan sonrakı fəaliyyətinizdə uğurlar arzu edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam