Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Ordumuz düşmənin 5 hərbçisini məhv etdi –Polkovnik

 

Ordumuz düşmənin 5 hərbçisini məhv etdi – Polkovnik

Azərbaycan Ordusu düşmənin 5 hərbi qulluqçusunu məhv edib.

Yenixeber.org: Bunu qoşunların təmas xəttindəki son vəziyyəti şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

O qeyd edib ki, son bir həftə ərzində Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusunu məhv edib, bir neçə nəfəri isə ağır yaralayıb:

“Hazırkı Ermənistan hökuməti və erməni əsgərləri baş nazir Nikol Paşinyan və onun populist çıxışlarının əsirinə çevrilib. Həmişəki kimi qarşı tərəf yalnız Ermənistandan olan 3 çağırışçının adını rəsmi olaraq bəyan edib. Digər iki nəfər isə Qarabağdan hərbi xidmətə çağırıldığı üçün onların adları gizlədilib.

Azərbaycan Ordusunun əsgərləri Paşinyan və onun kimi digər cinayətkarların səsləndirdiyi sərsəm bəyanatlara cavab verir və verməyə də davam edəcək. Bunların hamısı Azərbaycan Ordusunun gücünü göstərir. Bu, Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha sübut edir. Əminəm ki, bundan sonra Paşinyan və onun kimilər nə qədər ki, sərsəm bəyanatlar səsləndirəcək o vaxtadək təmas xəttindən erməni əsgərlərinin leşini yığmaqla məşğul olacaqlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam