Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Alman mediası Merkelin ölkəmizə səfərindən yazdıb

 

Almaniyanın nüfuzlu kütləvi informasiya vasitələri Federal Kansler Angela Merkelin Azərbaycana səfərini geniş işıqlandırıb.

Yenixeber.org: ARD telekanalının rəsmi internet səhifəsi Azərbaycanın enerji sahəsində Almaniya üçün mühüm tərəfdaş ölkə olduğunu yazıb. Məqalədə Angela Merkelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunularaq bildirilir ki, liderlərin əsas müzakirə mövzuları enerji məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olub. Vurğulanır ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırdır. Yazıda Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün əhəmiyyətinə toxunulub.

“Döç Velle” televiziyasının rəsmi saytında da “Azərbaycan enerji təhlükəsizliyi üzrə mühüm tərəfdaşdır” başlıqlı məqalədə Cənub Qaz Dəhlizi layihəsinin böyük əhəmiyyətə malik olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycan ilə Almaniya daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Yazıda bildirilir ki, iki ölkə arasında enerji sektoru ilə yanaşı, tikinti və kənd təsərrüfatı sahələri, həmçinin informasiya texnologiyaları və mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Oxşar məqalələr ZDF, t-Online, Nachrichten TV(Naxrixten), Die Welt, Focus, Stern kimi nüfuzlu mətbuat orqanlarının rəsmi internet saytlarında da dərc edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam