Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda Merkelin rəsmi qarşılanma mərasimi olub

 

Bakıda Merkelin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına səfərə gələn Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.
Yenixeber.org: Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidentİlham Əliyev Almaniyanın Federal Kansleri Angela Merkeli qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın Federal Kanslerinə raport verdi. 

Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamladı. Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Federal Kansler Angela Merkelə, Almaniya Federativ Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentİlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin qarşısından keçdi. Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri rəsmi foto çəkdirdilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam