Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Ermənistanın Müdafiə Nazirliyi Paşinyana qarşı çıxdı

Ermənistanın Müdafiə Nazirliyi Paşinyana qarşı çıxdı
Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxləri və general heyəti baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə orduda və nazirlikdə başladılan çoxsaylı araşdırmalara görə olduqca hiddətlidir.

Yenixeber.org: “Aysor.am” bildirir ki, bu barədə “Qraparak” qəzetinə Müdafiə Nazirliyindəki yüksək çinli məmur məlumat verib.
Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidmətinin apardığı istintaqlar nəticəsində nazirlikdə yaranan gərgin vəziyyət erməni generallarda qıcıq yaradıb.

“Bizim hamımıza cinayətkar kimi baxırlar. Məqsəd korrupsiya və qanun pozuntularının ifşa olunması yox, ordunu hamının hədəfinə çevirməkdir. Bir general axtarışa verilib, digərləri həbs olunub, qalanları şahid kimi istintaqa cəlb olunub, başqa biri siyasəti fəaliyyətə qoşularaq “pozulub”... Axı onların hamısı bu və ya digər şəkildə ordu və ordu quruculuğu ilə bağlılığı olan adamlardır. Yəni ordudakıların hamısının başını kəsirlər... bəs kim qalacaq? Heç olmasa ordunun bir hissəsində hökumət şou göstərməməli idi. Qoy, nə istəyirlər etsinlər, amma ordudan kənar sahələrdə!” – deyə Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən yüksək vəzifəli şəxsi “Qraparak” qəzetinə bildirib.

Həmin şəxs əlavə edib ki, nədənsə Paşinyan hökuməti bütün gücünü məhz ordu və Müdafiə Nazirliyindəki korrupsiya faktlarının üzə çıxarılması ətrafında cəmləşdirib. İqtisadiyyatın göz qabağında olan bərbad vəziyyətinə görə isə ölkəyə gələn investisiyaların hara yoxa çıxdığını araşdırmaq istəmirlər.

Qəzet isə bunu Paşinyanın "arxası möhkəm" oliqarxlarla mübarizədən çəkinməsilə əlaqələndirib. Məsələn, bütün korrupsiyaların və ölkədəki özbaşınalıqların arxasında keçmiş prezident Serj Sarkisyan və onun oliqarx ətrafı dayansa da, şəsxən ona qarşı hələ də istintaq başladılmayıb. Halbuki, kifayət qədər sübut var.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?