Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xocalı canilərinə İrəvanda həbs tələbi –Bakı üçün unikal fürsət

 “Məğlubedilməz” erməni ordusu ifşa olur - faktlar; Erməni əsgər anaları üsyana qalxdı; “Serj Sərkisyan, Seyran Ohanyan da tutulsun!..”; işğalçı ölkədə terror siyasi rəqabətdə əsas mübarizə üsullarından birinə çevrilir; Nikol Paşinyan aradan götürülə bilərmi?..

Yenixeber.org: Ermənistanda hay-küylü həbslər davam edir. Son olaraq “Yerkrapa” qanunsuz yarımhərbi birləşmənin komandiri, azərbaycanlılara qarşı da cinayətlər törətmiş general Manvel Qriqoryan və yaxınları dəmir barmaqlıqlar arxasına salınıb. Onlar böyük korrupsiya faktlarına, qanunsuz silah-sursat saxlamaq və ordu üçün ayrılmış humanitar yardımı mənimsəməkdə ittiham olunurlar.
Beləcə, uzun müddət ermənilərin kumir saydığı, ətəyində “ibadət elədiyi” M. Qriqoryan ifşa olunub. Aydındır ki, onların digər kumir və qəhrəmanları da eyni gündədir, yalançı və dələduzdur. Gec-tez onlar da ifşa olunacaq, qanuni və ilahi cəzalarını alacaqlar. Yaxud bunu Azərbaycan əsgəri edəcək.
*****
Ancaq məsələ ondadır ki, hələ bir dəfə belə, hakimiyyətin seçki yolu ilə dəyişmədiyi Ermənistan adlı kvazi-dövlətin mövcud olduğu 27 ilə ötəri nəzər salsaq, belə həbslərin xalqa elə bir isti-soyuqluğunun olmayacağı bəlli olar. Çünki baş verənlər hər şeydən öncə hakimiyyətə gəlmiş Paşinyan və komandasının öz mövqeyini möhkəmlətmək niyyəti güdür və gəlirli sahələrin təzədən bölüşdürülməsi uğrunda növbəti amansız mübarizədən savayı bir şey deyil.
Aydındır ki, devrilən eks-prezident Serj Sərkisyan başda olmaqla, yeni müxalifətin əlində böyük çirkli paralar qalıb və bu paralar Paşinyan iqtidarı üçün böyük təhlükə deməkdir - o cümlədən qarşıdakı parlament seçkilərində. Ermənistanda arzuolunmaz siyasi fiqurlara qarşı zaman-zaman törədilən terror aktlarını yada salsaq (1999, oktyabr), təzə hakimiyyətin əndişələnməsi üçün əsaslar bir az da güclü görünər.
Hər necə olmasa, bu da faktdır ki, işğalçı ölkədə siyasi rəqabət üçün bütün üsullar, o cümlədən terror və sui-qəsdlər həmişə məqbul sayılıb. Təsadüfi deyil ki, artıq Nikol Paşinyanın özünə qarşı sui-qəsd cəhdi olub. Və bu, heç də sonuncu olmaya bilər. Onu da ciddiyə alsaq ki, Moskva da Nikol Paşinyandan məmnun deyil, o halda indiki baş nazirin durumuna qibtə eləməyə dəymir.

Bu və digər səbəblərdən yeni hakimiyyət öz ayağının altını möhkəmlətmək üçün tələsir. Hətta bu məqsədlə S.Sərkisyan rejiminə qarşı qanunsuz üsullarla mübarizə aparmış terrorçu Jirayr Səfilyan kimiləri həbsdən azad edir. Elə ki, öz yerini möhkəmlətdi, o da yüzdə yüz xalqı unudub, sələflərinin ənənəvi yolunu - varlanmaq yolunu tutacaq...
*****
Son həbslər həm də işğalçı ordunun “güclü və məğlubedilməz” mifini bir daha darmadağın edib. Verilən rəsmi açıqlamalardan məlum olur ki, erməni ordusu - korrupsiya və talançılıq, dedovşina problemlərindən əziyyət çəkən başıpozuq bir ordudur. Yeri gəlmişkən, 2016-cı ilin 4 günlük aprel uğursuzluğundan sonra orduda ciddi korrupsiya və mənimsəmə faktları çılpaqlığı ilə üzə çıxmış, Sərkisyan bir neçə generalı həbsə atmalı olmuşdu. Seyran Ohanyan isə müdafiə naziri postundan istefa vermişdi. Təbii ki, bu - çoxsaylı faktların yalnız bir qismi idi.

İndi isə daha acınacaqlı faktlar ortaya çıxıb və əhali şoka girib. İrəvanda son qalmaqalı həbslərlə bağlı övladları öldürülmüş əsgər analarının etirazı bunu bir daha sübut edir.
“Biz illərdir ordudakı talançılıq haqda deyirdik. Ancaq bizim sözümüzə heç bir əhəmiyyət verilmədi. Mənim oğlumu məhz ona görə öldürdülər ki, o, hərbi hissədən yanacağın necə oğurlanıb satıldığını öz gözü ilə görmüşdü”. “Yeni Müsavat” xəbər verir ki, bunu 1 in.am erməni portalına müsahibəsində dinc dövrdə öldürülən əsgər Valeri Muradyanın anası Nana Muradyan general M.Qriqoryanın ifşası ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, təkcə Qriqoryan yox, ovaxtkı Baş Qərargah rəisi Movses Akopyan (Xankəndindəki 336-cı alayın komandir müavini olub - “YM”), keçmiş müdafiə naziri Seyran Ohanyan və Serj Sərkisyan da həbs olunmalıdır (hər üçü Xocalı hərbi caniləridir - “YM”). “Çünki onların rüsxəti olmadan orduda talançılıq bunca böyük miqyas ala bilməzdi” - Muradyan əlavə edib.
“8 il Müdafiə Nazirliyinin başında olmuş bir şəxsin (Seyran Ohanyan - ”YM") öz idarəsindəki korrupsiya sxemindən bixəbər olmasına inanmaq mümkün deyil. Üstəlik, Manvel Qriqoryan 8 il onun müavini olub və bu adam haqda daima söz-söhbətlər gəzib".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər isə armenianreport.com nəşrindəki dünənki məqalədəndir. Məqalədə daha sonra deyilir: “Hamıya bəlli idi ki, Seyran Ohanyan öz tabeçiliyindəkilərin və Manvel Qriqoryan kimi nazirliyə bağlı olanların günahlarına göz yumurdu. Məhz Ohanyanın dönəmində müdafiə sistemində korrupsiya çiçəklənib, erməni polkovnikləri və generalları Ermənistanın ən varlı adamları kastasına daxil olublar. Doğrudanmı Ohanyan bilmirdi ki, tabeçiliyindəkilər nəyin hesabına bu qədər varlanıb və Manvel Qriqoryan əsgər yeməklərini mənimsəyir? Əlbəttə ki, bilirdi. Axı Müdafiə Nazirliyindəki korrupsiya piramidasının başında özü dururdu və vaxtlı-vaxtında da korrupsiya sxemlərindən faizlər alırdı. Həmçinin İrəvanda ”Yerkrapa"nın reketçi hərəkətlərinə fikir verilmirdi, nədən ki, Sərkisyan rejimi öz rəqibləri ilə haqq-hesab çürütmək və xalqı qorxu altında saxlamaq üçün belə qeyri-formal, hərbləşdirilmiş qurumlara kəskin ehtiyac duyurdu..."
*****
Beləcə, Ermənistanın keçmiş siyasi və hərbi rəhbərlərinin başı üzərində qara buludlar sıxlaşmaqdadır. Bu üzdən Azərbaycan Ermənistandakı qalmaqallı həbsləri diqqətlə izləməlidir. Xocalı hərbi canilərinin (Akopyan, Ohanyan, Sərksiyan, Köçəryan) tutuqlanacağı təqdirdə onların Beynəlxalq Tribunala verilməsi üçün indidən effektli və real hərəkət planı hazırlanarsa, daha yaxşı olar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam