Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

12 aprel Kosmonavtika günüdür

 

 

İnsanın kosmosa ilk uçuşundan 50 il ötür

 


Yenixeber.org: SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika günü elan olunub. Bu günün keçirilməsinə səbəb isə 50 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Y. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoymuş oldu.
Yuri Qaqarin 1941-ci ilin sentyabrnda orta məktəbin birinci sinfinə gedir. Lakin müharibə təhsilini davam etdirməyə imkan vermir. 1951-ci ildə sənət məktəbini bitirir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq "Yak-18" təyyarəsində ilk dəfə sərbəst uçuş edir. Sonra hərbi xidmətə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məkətbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o, bu məktəbi bitirir.
1959-cu ildə ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyini xahiş edir. Y. Qaqarin iki tibbi ekspertizanı keçəndən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.
1961-ci ildə ABŞ ilə raket yarışmasında qabağa çıxmaq istəyən Serqey Korolyov namizədlər arasından 6 nəfəri seçir. Onların arasında Qaqarin də vardı. Kimin kosmosa uçması sonuncu dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.
Uçuşa 12 aprel 1961-ci ildə Baykonur aerodromundan start verilir. Qaqarin "Vostok" gəmisində kosmosa uçuşu uğurla həyata keçirir. Onun bəşər tarixində atdığı bu ilk və cəsarətli addım təkcə ölkə daxilində deyil, həm də xaricdə yüksək qiymətləndirilir. Adı bir an içərisində bütün dünyada məşhurlaşır. Təəssüf ki, ilk kosmonavtın ömrü qısa olur, o, 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayır və həlak olur. Kosmosun ilk fatehinin əziz xatirəsi dünyanın hər yerində dərin hörmətlə anılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam