Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan ordusunun şəhid olan əsgərinin medalı ailəsinə təqdim edilib

 

 

Azərbaycan ordusunun şəhid olan əsgəri İbrahim Mənəfovun medalı Neftçalada ailəsinə təqdim edilib

 

Yenixeber.org: Təqdimolunma mərasimi Neftçala Rayon İcra Hakimiyyətində keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış ediblər. Onlar cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində şəhid olan və rayonun Bankə qəsəbəsindəki Seyidlər qəbristanlığında dəfn edilən İbrahim Mənəfovun daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.

Daha sonra şəhidin təltif edildiyi “Fərqlənməyə görə 3-cü dərəcəli” medal onun anası Yasəmən Mənəfova təqdim olunub. Sonra şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov Aviasiya Akademiyasını bitirdikdən sonra Neftçala rayonundan hərbi xidmətə yola salınıb. O, bu il yanvarın 19-dan 20-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində 23 yaşında şəhid olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam