Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda inanılmaz olay:DİN-in məlumatı şok etdi - Video

 

Bakıda gənc oğlanın bacaya düşməsinin detalları məlum olub

Yenixeber.org: DİN-dən verilən məlumata görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən “Alov” parkındakı “Alov” restoranının havalandırma sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlərlə bacaya düşən şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində xilas edilən şəxsin Abşeron rayon sakini, 30 yaşlı Mehralıyev Asif Çingiz oğlu olması müəyyən edilib.

DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, A.Mehralıyevin guya kimlərsə tərəfindən bacaya atılması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.

A.Mehralıyev dindirilərkən məlum olub ki, o, iki gün əvvəl həmin restoranda işə düzəlibmiş. Hadisə baş verən gün isə A.Mehralıyev restoranın rəhbərliyindən icazə alaraq gedib. Yeyib-içdikdən sonra o, sərxoş vəziyyətdə işlədiyi restorandan oğurluq etmək niyyətinə düşüb. Bu məqsədlə də A.Mehralıyev gecə saat 02.00 radələrində restoranın havalandırma sistemi ilə içəriyə daxil olmaq istəyib. Lakin havalandırma sistemi dar olduğu üçün o hərəkətsiz vəziyyətdə qalıb və niyyətini başa çatdıra bilməyib.

Hazırda A.Mehralıyevin xəstəxanada müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, A.Mehrəliyevi havalandırma qurğusunun içərisinə atıldığı barədə özü məlumat vermişdi. Qeyd etmişdi ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar.

 


 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam