Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda qaçırılan avtomobillər tapıldı

Bakıda qaçırılan avtomobillər tapıldı

 

Noyabrın 19-da, saat 05:00 radələrində Yasamal rayonunun K.Kazımzadə küçəsindən Bakı şəhər sakini Elçin Məmmədova məxsus “Mitsubishi” markalı avtomobilin qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi Xidməti”nə məlumat daxil olub

 

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil Bakı BPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bülbül prospektində saxlanılıb.

Avtomobillə birlikdə onu idarə edən şəxs də Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gətirilib. Onun paytaxt sakini Nicat Vəliyev olması müəyyən edilib.

Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilindiklərinə görə tutulan Salyan rayon sakinləri Ağarza Bağırovun, Ülvi Xudayevin və Qədir Nuriyevlə bağlı Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların oktyabrın 10-na keçən gecə Zığ yolu küçəsindən Bakı şəhər sakini Teyfur Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil noyabrın 18-də Masallı rayonu ərazisində tapılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam