Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda yol polisləri iki nəfəri ölümdən qurtardı- VİDEO

Bakıda yol polisləri iki nəfəri ölümdən qurtardı

 

Yol polisləri döyülənləri xilas edərək polis bölməsinə təhvil veriblər

 

Yenixeber.org: Bakıda yol polisi əməkdaşları iki gənci ölümdən qurtarıb. Şahidlər bildiriblər ki, noyabrın 14-də, axşam saatlarında Nəsimi rayonu ərazisində yol kənarında bir qrup gənc arasında əlbəyaxa dava baş verib. Təxminən 15 nəfər gənc iki nəfəri kafedən bayıra çıxararaq yol kənarında döyməyə başlayıblar. Bu zaman yoldan keçən DYP-nin YPX Alayının 11-ci taqımının əməkdaşları 99 YP 468 nömrəli patrul avtomobilini saxlayaraq davanı sakitləşdirməyə başlayıblar. Polis əməkdaşlarından biri Elnur Həsənov olub. O, həmkarı ilə birlikdə davanı sakitləşdirərkən bir qrup şəxsin iki nəfəri amansızcasına döydüyünü görüblər.

Yol polisləri dərhal həmin 2 nəfəri azğınlaşmış gənclərin əlindən alaraq YPX avtomobilinin yanına gətiriblər. Təqdim olunan videodan da göründüyü kimi, yol polisləri iki nəfəri maşının yanında qorusa da, kənardan onlara hücum edib əl-qol atanlar da olub. İki nəfəri döyün 15 nəfərdən biri hətta polislərin yanından döyülən gənclərin birinin qoluna bıçaqla xəsarət yetirib. Polislər dərhal həmin şəxsi tutaraq bıçağı onun əlindən alıblar.

Az sonra DYP əməkdaşlarının dəvəti ilə əraziyə Post-Patrul Xidmətinin əməkdaşları gəlib. Yol polisləri saxlanılan şəxsləri, eləcə də, döyülən iki nəfəri, habelə bıçağı onlara təhvil verəndən sonra ərazidən uzaqlaşıblar və xidmətə davam ediblər.

Davanın söyüş üstündə baş verdiyi bildirilir. Həmin iki nəfər kafedə söyüş söydüyü üçün bir qrup şəxs onları bayıra çıxaraq döyüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam