Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda yol polisləri soyğunçunu yaxaladı

Bakıda yol polisləri soyğunçunu yaxaladı

 

Dünən səhər saatlarında Bakıda vətəndaşı qarət edən şəxs yol polisi tərəfindən yaxalanıb

Yenixeber.org: Afyəddin Cəlilov küçəsində orta yaşlı kişinin əlindən mobil telefonu alınıb.

Həmin şəxs dərhal ərazidə xidmət aparan Bakı şəhər DYPİ-nin YPX Alayının Müşayət-eskort bölüyünün 2-ci tağımının əməkdaşı, polis kapitanı İlham Əliyevə yaxınlaşaraq bir nəfərin onun mobil telefonunu alıb qaçdığını bildirib.

99 YP 437 nömrəli patrul avtomobilində xidmət aparan inspektor digər həmkarı, serjant Mustafa Məmmədzadə ilə birlikdə onlara müraciət edən vətəndaşı maşına mindirərək soyğunçunun qaçdığı istiqamətdə hərəkət ediblər.

Polislərin yaxınlaşdığını görən soyğunçu telefonu yerə ataraq şübhə yaratmadan ərazidən uzaqlaşmağa çalışıb. Lakin DYP əməkdaşları onu Sabit Orucov küçəsində saxlayıblar. Yol polisləri həmin şəxsin özünün iştiraki ilə telefonu atdığı yerdən götürdükdən sonra onu Xətai rayan Polis İdarəsinin 37-ci polis bölməsinə təhvil veriblər.

Burada aparılan ilkin araşdırma zamanı məlum olub ki, telefon oğrusu 1991-ci il təvəllüdlü Abdullayev Elnur Əli oğludur.

Faktla bağlı araşdırmalara davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam