Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

255 təhsil işçisi müxtəlif pul mükafatları qazandı

 

 

 

Xəbər verdiyimiz kimi, “Kapital Bank” təhsil işçiləri üçün “Payız fürsəti” adlı stimullaşdırıcı lotereya keçirir. 2 noyabr tarixində keçirilən lotereyanın ilk tirajında 255 təhsil işçisi müxtəlif pul mükafatları qazandı. Qaliblərin siyahısı bankın saytında qeyd olunub

Yenixeber.org:  Şərtlərə görə “Kapital Bank” kartları ilə məvacib alan təhsil işçiləri 30 noyabr 2017-ci il tarixinədək, Kapital Bank bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər.

4 dekabr 2017-ci il tarixlərində keçiriləcək ikinci tiraj zamanı daha 255 müxtəlif pul mükafatları sahiblərini tapacaq. Lotereyanın sonunda isə 1 təhsil işçisi 3000 AZN əldə edəcək. İştirak qaydaları ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tehsil-lotereya.

Bundan başqa “Kapital Bank”ın “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası da 30 noyabr 2017-ci il tarixədək davam edir. Aksiya çərçivəsində Kapital Bank kartları ilə məvacib alan təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 000 AZN-dək məbləğdə kreditlər isə zaminsiz verilir. Kreditin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı və şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam