Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

KAPİTAL BANK-ın QORXUNC TARİFLƏRİ –Banklar bizi necə soyur?

kapital bank

 

“Hər dəfə Kapital Bankın bankomatından 2 manat çıxaranda 1 manat çıxılır”.

Xeberinfo.com:   Bankın Orxan Əliyev adlı müştərisi sosial şəbəkələrdə paylaşdığı videoçarxda şikayətlənir.

Müştəri bildirir:

“Bir neçə dəfə 3 və 5 manat çıxartdım, o zaman da 1 manat sildilər. İndi də 2 manat çıxarmışıq, 1 manat bank tərəfindən xidmət haqqı tutulub. Bayaq hesabımdakı 132,89 manatdan 2 manat çıxardıqdan sonra 129,89 manat qalıb. Bu da 50 faiz deməkdir”, - deyə Orxan Əliyev şikayətlənib.

Qeyd edək ki, vətəndaş Kapital Bankın “Visa Kart”ına sahibdir.

Bank faktı təsdiqləyir

Mövzu ilə bağlı Kapital Bank-ın yaydığı press-reliz isə öz qəribəliyi adamı heyrətləndirir. Məlumat bankla əməkdaşlıq edən saytlarda “Kapital Bank şayiələrə aydınlıq gətirdi” başlığı ilə dərc olunub. Aşağıda əlavə edəcəyimiz videodan da. bankın saytında dərc olunan tariflərdən də göründüyü kimi, söhbət hansısa ŞAYİƏdən yox, ƏLAHƏZRƏT FAKTdan gedir.

İndi isə məlumatın özü ilə tanış olaq:

“Son günlər bəzi saytlarda və Facebook sosial şəbəkəsində olan səhifələrdə Kapital Bank haqqında əsassız məlumatlar dərc olunub. Məsələ ilə bağlı bankla əlaqə saxladıq. Bankın mətbuat katibi Pərviz Sədrəddinovun verdiyi məlumata görə, Kapital Bank qiymət və tariflərlə bağlı hər zaman müştərilərini məlumatlandırır…”.

Bank faktı öncə “şayiə”, sonra isə “əsassız məlumat” kimi xarakterizə edir. Daha sonra isə hörmətli mətbuat katibi “özü-özü ilə laqə saxlayır”. Çünki bütün saytlarda dərc edilən məlumatın sözbəsöz eyni olması bunun həmin hörmətli mətbuat katibi tərəfindən hazırlandığına dəlalət edir.

Davam edək:

“… debet kartlarından nağdılaşdırma zamanı isə 1%, minimum 1 AZN komissiya tutulur. Odur ki, müştərilərdən xahiş olunur ki, hər hansı bir əməliyyat etməzdən əvvəl tariflərlə tanış olsunlar”.

Və budur hörmətli mətbuat katibi “şayiə” və “əsassız məlumat” adlandırdığı FAKTI həm təsdiq edir, həm də müştərini borclu çıxardır: canı çıxsın, tariflə tanış olsun mənasında…

Əlbəttə, heç kim demir ki, bankın müştəri ilə bağladığı müqavilədə çox xırda hərflərlə yazılmış tariflərlərlə bağlı bəndlər yoxdur. Söhbət bu tariflərin hədsiz yüksək olmasından, kiçik məbləğlərdə isə hüquqi don geyindirilmiş talan olmasından gedir!

Hələ bu hamısı deyil

Bankın rəsmi internet səhifəsində də məlumatlar deyilənləri təsdiqləyir.

Tariflərlə tanış olduqda maraqlı mənzərə ortaya çıxır. Məsələn, siz Kapital Bank-ın kartı ilə öz ərazinizdə hansısa digər bankın bankomatından pul çıxarmaq zərurəti hiss etsəniz, onda bilin ki, sizdən bank daha çox pul götürəcək. Tariflərdə bunun üçün 1.5 faiz qeyd olunsa da, ora əlavə olunan minimum 3.5 AZN qeydi o deməkdir ki, yalnız 300 manata yaxın və daha çox vəsait çıxaranda bu faiz keçərlidir. Amma tutaq ki, siz 1 manat da, 10 manat da çıxartmaq istəsəniz, balansınızdan əlavə 3.5 manat (!!!) silinəcək və bunu hər dəfə təkrarlayacaq!

Əgər siz Kapital Bankın kartı ilə yenə ərazinizdəki hansısa bankın ofisinə yaxınlaşıb, məsələn 5 manatlıq bir ödəniş etmək istəsəniz, nəzərə almalısınız ki, sizdən bu dəfə əlavə 5 manat çıxılacaq! Halbuki bank bunun üçün də 1.5 faiz tutacağını bildirir. Amma minimum 5 manat qeydi ilə… Yəni yenə ən azı 330 manat ödəmə edərkən 1.5 faiz keçərlidir!

Və bu tariflər Kapital Bankın bütün plastik kartları üçün keçərlidir. Tariflərlə bu linkdən tanış ola bilərsiniz.

Digər banklarda vəziyyət necədir?

Araşdırmalar zamanı məlum oldu ki, bu durum təkcə “Kapital Bank”la bağlı deyil. Əslində ölkədə fəaliyyət göstərən bütün banklarda “Unibank”, “Bank of baku”, “Dəmir Bank” və s. – hamısında vəziyyət eynidir. Və illərdir banklar məhz bu şəkildə müştərilərinin balansını talan edirmiş.

Bəs nədən bu mövzu məhz indi gündəmə gəlir? Ona görə ki, böhranla bağlı olaraq, artıq kart əməliyyatları xüsusi əhəmiyyət qazanmağa başlayıb. Dövlətin yeni tələblərinə görə, nağdsız əməliyyatlara üstünlük verilməsi günün tələbinə çevrilib. Deməli, yazımızın “həftənin qəhrəmanı” olan “Kapital Bank” başda olmaqla bütün banklar bu tarifləri yenidən nəzərdən keçirməli, ən azı minimum baryerini aradan qaldırmalıdırlar. (Qaynarinfo)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam