Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Məktəb bazarlığı: çeşid çox, qiymət baha

Yeni tədris ilinin başlamasına cəmi 2 həftə qaldı. Artıq məktəbli bazarında canlanma müşahidə edilir.

Xeberinfo.com:  Hər il olduğu kimi, bu il də keyfiyyətli məktəb ləvazimatları almaq istəyənlər iri ticarət mərkəzlərindəki tanınmış kitab mağazalarına, nisbətən ucuz mal axtaranlar isə yarmarkalara, bazarlara üz tutur.

Virtualaz.org saytının əməkdaşlarının məktəb bazarında apardığı müşahidələrə əsasən, dolların bahalaşması bu burada da təsirsiz ötüşməyib. Bu il məktəb ləvazımatları təxminən 25-30 faiz bahalaşıb. Yeni tədris ilində bir uşağın məktəbə yola salınması ailəyə 150-250 manata başa gələcək. Təbii ki, qiymət keyfiyyətə görə dəyişir.

 

Məktəbli dəstləri – 7,5 % bahalaşma

Əvvəlcə məktəbli geyim dəstlərindən başlayaq. Hələ iyunun əvvəlindən dolların bahalaşması əsas gətirilərək bu il də məktəbli dəstlərinin bahalaşacağı bildirilmişdi. “Bakı Tikiş Evi”nin açıqlamasında deyilirdi ki, materiallar Türkiyədən dollarla alındığından, qiymətlərin cüzi də olsa, artımı qaçılmazdır. Beləliklə, builki qiymətləri təqdim edirik:

I-VI sinif şagırdləri üçün: məktəbli dəsti (köynəksiz, jiletsiz) - 37 manat, şalvar - 16 manat, ətək (yubka) - 14 manat, köynək - 7 manat, jilet - 6 manatadır. Bir məktəbli dəsti almaq üçün ümumilikdə 50 manat tələb olunur.

VII-XI sinif şagırdləri üçün: məktəbli dəsti (köynəksiz, jiletsiz) - 46 manat, şalvar - 18 manat, sarafan - 18 manat, köynək - 8 manat, jilet - 6 manatdır. Beləliklə, bir uşağın məktəbə yola salınması üçün formaya 60 manat xərcləmək lazımdır.

Qeyd edək ki, Çindən gətirilən məktəbli dəstlərin qiyməti nisbətən ucuzdur. Lakin bu geyimlərin keyfiyyətinə zəmanət verilmir. Buna görə də, valideynlər əsasən “Bakı Tikiş Evi”nə məxsus mağazalara üz tuturlar.

Sayt əməkdaşlarının valideynlərlə söhbətindən bəlli olub ki, əksəriyyət qiymətlərdən narazıdır. “Hələlik qiymətlərlə maraqlanmamışam. Amma dəstlərin dizaynı xoşuma gəlmir. Daha yaxşı dəst tikmək olardı. Məsələn, qızlar üçün ətəklər ya tamam qatlama, ya da düz tikilə bilərdi”, - II sinifdə oxuyan nəvəsinə məktəbli geyimi almağa gələn Şəfiqə Həsənova deyib.

Digər biri alıcı Nona Məmmədovanın sözlərinə görə, qiymətlərə müvafiq keyfiyyətli dəst tikilsəydi, valideynlər də razı qalardılar: “Pambıq parçaya üstünlük verilsəydi, daha yaxşı olardı. Çünki uşaq gününün yarısını bu geyimdə olacaq. Üstdən yaxşı görünür, amma astarı hava keçirməyən plaş materialındandır”.

İki uşağını məktəbə göndərəcək Ülviyyə Qənbərova isə qiymətlərdən narazılıq edib. “İki uşağın geyimi üçün 180 manat tələb olunur. Hələ üstəlik çanta, qələm, dəftər alınmalıdır. Qiymət müəyyənləşdirilərkən orta aylıq əməkhaqqını nəzərə almaq lazımdır. Azad bazar iqtisadiyyatı olduğunu bilirik, amma vətəndaşları da nəzərə almaq lazımdır”.

"Bakı Tikiş Evi"nin satış şöbəsinin rəisi Etibar Əzimov isə geyimlərin keyfiyyəti ilə bağlı deyilənlərlə razılaşmayıb. “Biz geyimlərə 2 il zəmanət veririk. İndiyə qədər heç kimin dəstin tikilişində istifadə edilən materialla bağlı şikayəti olmayıb. Məktəbli dəstləri yuyularkən heç bir rəng dəyişikliyi, deformasiya, bozarma olmur. Amma bəzən saxta məktəbli formaları satılır və valideynlər də bu formaların harada tikildiyindən xəbərdar olmurlar. Ona görə valideynlərə demək istəyərdim ki, təsadüfi yerlərdən məktəbli formaları almasınlar. Bu brendin adı o qədər yaxşı çıxıb ki, kimlərsə gedib Çində zirzəmidə heç bir sertifikatı olmayan, gigiyenik qaydalara əməl edilmədən fomalar tikdirir və üzərinə "Bakı Tikiş Evi"nin emblemini vurur. Bizim gigiyenik sertifikatımız var, aldığımız parça Türkiyədən gətirilir, parçanın Avropa laboratoriyasında sertifikatı var, uşaqların sağlamlığına heç bir fəsadı yoxdur”, - deyə E.Əzimov əlavə edib.

Etibar Əzimov manatın devalvasiyasına görə cüzi bahalaşma olduğunu etiraf edib. “Manatın 40 faizlik devalvasiyasına görə məktəbli geyimlərinin də qiyməti artıb. Amma qiymət artımı minimal səviyyədə - 7,5% olub. Yəni zərərlə işləməmək üçün cəmi 3 manat artım etmişik. Keçən il 34 manata olan dəst bu il 37 manata satışa çıxarılıb. Yuxarı siniflər üçün 43 manat olan məktəbli forması bu il 47 manata satılır”, - fabrik rəsmisi belə deyir.

Məktəbli dəstlərindən danışmışkən, ayaqqabını unutmamaq lazımdır. Ayaqqabı almaq istəyənlər cibinə uyğun qərar verə bilərlər. Çünki bazarda müxtəlif qiymətə ayaqqabı tapmaq olar. Məsələn, “Sədərək” ticarət mərkəzində 15-25 manata ayaqqabı almaq olar. “Xalqlar dostluğu” ticarət mərkəzində 20 manatdan 50 manatadək, “28 Mall” ticarət mərkəzində 45 manatdan 110 manatadək ayaqqabılar satılır.

 

Məktəbli çantaları - seçim çox, qiymət baha

Təbii ki, bahalaşma çantalardan da yan keçməyib. Satıcıların sözlərinə görə, xarici ölkələrdən gətirilən çantaların qiymətində 20 faiz bahalaşma müşahidə edilir. “28 Mall” ticarət mərkəzindəki kitab mağazasında Türkiyə, Rusiya, Almaniya, Çin istehsallı çantalar satılır, qiymətlər isə 60 manatdan başlayaraq 200 manatda qərarlaşır. “28 may” keçidində Çin, Türkiyə istehsallı çantaları 25-70 manata almaq mümkündür. “Bazar store”da 10 manatdan 60 manatadək Çin istehsallı çantalar almaq olar. Ümumi qiymətləri təqdim edirik:

Çindən gətirilən çantalar - 15-60 manat;

Dubaydan gətirilən çantalar - 30-80 manat;

Türkiyə istehsalı olan çantalar - 40-80 manat;

Almaniya istehsallı çantalar - 80-250 manat;

Yunanıstandan gətirilən çantalar - 70-150 manat;

Rusiyadan gətirilən çantalar - 35-150 manat.

 

Dəftər - 1 manat 50 qəpik?!

Çanta və məktəbli dəstlərindən sonra sıra dəftər-qələmə çatır. Bu il dəftərlərin, qələmlərin, karandaşların qiyməti bahalaşıb. Beləliklə qiymətləri təqdim edirik:

12 vərəqli dəftər:

Rusiya istehsalı - 30 qəpik

Bakı istehsalı - 15 qəpik,

Çin istehsalı - 20 qəpik,

48 vərəqli dəftər - 90 qəpik-1 manat 20 qəpik

80 vərəqli dəftər - 90 qəpik-1 manat 60 qəpik

Qələm - 20 qəpik-5 manat

Penal - 2-27 manat

Dəftər üçün qovluq - 6-14 manat

Rəsm albomu - 1-7 manat

Rəngli karandaşlar - 2 manat 50 qəpik-30 manat

Rəngli kağızlar - 80 qəpik-1 manat 50 qəpik

“Pulsuz” dərsliklər - 5-9 manata

Dərsliklər məktəblər tərəfindən verilir. Lakin əksər hallarda kitablar köhnə, vərəqləri cırılmış halda olur. Amma problem yoxdur, valideynlər dərslik almağa məcbur qaldıqda bazara üz tuta bilərlər. Məktəb bazarında istənilən dərsliyi tapmaq olar. Kitabların əksəriyyətinin arxasında iri hərflərlə “pulsuz” yazılsa da, qiymətlər 5 manatdan 9 manatadək müəyyənləşdirilib. Məsələn, 7-ci sinif üçün dərsliklərin qiyməti 5-7 manatadır. “28 May” keçidindəki kitab mağazasının satıcısı Əkbər Əliyev deyir ki, yeni çap olunan dərsliklərin qiyməti artıb: “Təkrar nəşrlər və yeni dərsliklərin qiyməti artıb. “Pulsuz” yazılmasına baxmayaraq, mağazalar kitabları pulla alır. Qiymətləri isə nəşriyyatlar müəyyənləşdirilər”.

Bu arada, testlər, iş dəftərləri də alınacaqların siyahısındadır. Həmişə olduğu kimi, bu il də tədris mövsümünün ilk həftəsində testlər, iş dəftərləri alınacaq. Doğrudur, Təhsil Nazirliyi test və iş dəftərlərinin məcburi olmadığını açıqlasa da, müəllimlər dərsliklərdən daha çox bu vəsaitlə işləməyi üstün tuturlar. Beləliklə də, sentyabrın ikinci yarısında iş dəftərləri və dərsliklərə təxminən 60-100 manat nəzərdə tutun.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam