Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Turizm şirkəti müflis oldu – Bronlar ləğv edildi

azerbaijan_tourism_sector_is_a_victim_of_manat_devaluation_632x474_2gg

“ATS” Turizm Şirkəti müştərilərinə maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyini görə özünü müflis elan edib.

Xeberinfo.com:   Şirkətdən fins.az-a verilən məlumata əsasən,  Azərbaycanda  dolların bahalaşması və Türkiyədəki qeyri-stabil vəziyyət  şirkətin  turizm məhsullarına tələbi xeyli  azaldıb.

“Təəssüf ki, yüksək risk və istehsal xərcləri şirkətə böyük ziyan vurdu. “ATS” şirkəti artıq tur-agentliklər və turistlər qarşısında öz maliyyə öhdəliklərini yerinə yetire bilmir”.

Monteneqrodakı turistləri “THY” gətirəcək

“ATS”  2016-cı il avqustun 15-dək  bütün bron edilən  paketlər və ödənişləri ləğv edib. Artıq  hotellər  şirkətin müştərilərini  qəbul etməyəcək. Buna görə şirkət müştərilərinə müraciət edərək yerlərini təkrar  bron etməyi  xahiş edib.
“Monteneqroya çarter reysləri də  ləvğ olunur. İndi  hotellərdə qalan turistləri bron edilən tarixlərində “Türk Hava Yolları” reysləri ilə Poqqortsa-İstanbul-Bakı marşrutu ilə qayıda biləcəklər”.
Şirkətdən qarşıdakı aylar üçün bron alan müştərilərin ödədikləri məbləğləri sentyabrın 5-dən qaytarmağa başlayacaq.

“ATS”-in nə qədər borcu yığılıb?

Şirkətə hüquqi xidmət göstərən hüquqşünas Dəyanət Mikayılov fins.az-ın sorğusuna cavab olaraq  bildirib ki, indi “ATS”-ın müştərilərə və 40-a yaxın firmaya  ümumilikdə 160 min manata yaxın borcu yığılıb:
“Onlardan bəziləri məhkəməyə müraciət etməyə hazırlaşır.  Bir qism müştəri ilə artıq danışıqlar aparmışıq və borcun qaytarılması ilə bağlı razılıq əldə olunub. Şirkət 2 ay müddətində bütün borclarını ödəmək barədə öhdəlik götürüb”.
Qeyd edək ki, müştərilərinə və  əməkdaşılıq etdikləri  şirkətlərə qarşı məsuliyyətsiz edən turizm şirkətlərinin sayı indi 7-ə çatıb. Lakin onların adları hələlik açıqlanmır.

Turizm Fonduna ehtiyac var

Beynəlxalq təcrübədə turzim şirkətlərinin müflis olduğu halda  onların idarə olunması müfvafiq fondlara həval olunur. Məsələn, qonşu Rusiyada Turizm Fondu adlanan qurum yaradılıb. Bu, bir növ, turizm şirkətlərinin sığortaçısı rolunu oynayır.
Yəni, şirkətlər hər il həmin fonda müəyyən ödənişlər edirlər. Hər hansı səbəbdən şirkət müflis olduqda   Fondun vəsaitləri hesabına həmin şirkətin borcları ödənilir. Sonra müflis olan şirkət Fondun borclarını hissə-hissə ödəyir.
Lakin hələlik Azərbaycana belə bir təcrübə olmadığından  müştərilər birbaşa  şirkətlə daşıçaraq borcunu tələb edir. Bu zaman borcun ödəniməsi rixkləri daha çox olur.
Ona görə də mütəxəssislər hesab edirlər ki, ölkəmizdə də belə fondun təşkilinə  ehtiyac yaranıb. Çünki hər il  müştərilərinə qarşı məsuliyyətsizlik edən turizm şirkətləri aşkar edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam