Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Bakıda qumarxana aşkarladı-VİDEO

 

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən qanunsuz qumarxana aşkar ediblər.

"Xeberinfo.com":   APA TV-nin xəbərinə görə, idarəyə daxil olan məlumatda Xətai rayonu, Zığ yolu-15 ünvanında fəaliyyət göstərən kafedə qanunsuz “poker” kart qumar oyunlarının təşkil edilməsi bildirilib.

Keçirilən əməliyyat tədbiri nəticəsində obyektdə icarə əsasında fəaliyyət göstərən Süleyman Vəliyev, həmin kafenin administratorları Zəmanət Hüseynli, Vasif Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb. Araşdırma zamanı adları qeyd olunan şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.

Baxış zamanı obyektdən “poker” oyun kart dəsti, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.

Qeyd olunan faktla bağlı Baş İdarədə başlanılan araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam