Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nərimanovda "Güllə atıcılığı" üzrə turnirin açılış mərasimi keçirilib

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələri arasında "Güllə atıcılığı" üzrə Nərimanov rayon turnirinin açılış mərasimi keçirilib.

         "Xeberinfo.com":  Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələri arasında "Güllə atıcılığı" üzrə Nərimanov rayon turnirinin açılış mərasimi keçirilib.        
         Tədbirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək və onların vətənpərvərlik ruhda böyüməsinə şərait yaratmaqdır.

 YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı iştirakçıları salamladı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb tədbiri açıq elan etdi.

         Açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək qeyd ediblər ki,  Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

 

         Turnirdə 8 ali təhsil müəssisəsinin komandası iştirak edir: Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “Təfəkkür” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, “Odlar Yurdu” Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının komandası

 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam