Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Nərimanovda mini futbol turnirinin açılışı- FOTOLAR

 

Nərimanov rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol turnirinin açılış mərasimi keçirildi.

 

Xeberinfo.com:  Bu gün Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında  Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol üzrə rayon turnirinin açılış mərasimi keçirilmişdir.

Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirakçıları salamladı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb qeyd etdi ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Çıxışının sonunda bütün iştirakçılara uğurlar arzuladı.

Qeyd edək ki, turnirdə 11 komanda iştirak edəcək: Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “ADA” Universitetinin, “Təfəkkür” Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Bakı Kompüter Kollecin, Bakı Sosial Pedaqoji Kollecin və Bakı Kooperasiya Kollecin komandaları. Turnir 5 gün davam edəcək və sonda qalib gəlmiş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqdır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam