Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ziya Məmmədov Cavid Qurbanovun işçilərinə mükafat verdi

 

Prezident İlham Əliyev 13 oktyabr 2014-cü il də imzaladığı sərəncamlarla Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisini ali dövlət mükafatları ilə təltif edib.

"Xeberinfo.com":  Məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, bu gün həmin həmin mükafatların təqdimolunma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov açaraq dəmir yolunda mövcud durum, həyata keçirilən layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub.

Bu gün ölkə nəqliyyat-yol kompleksində, eləcə də onun tərkib hissəsi olan dəmir yolunda həyata keçirilən islahatlar möhtərəm prezidentin birbaşa qayğısı və nəzarəti sayəsində mümkün olur. Bu gün Azərbaycan nəhəng Transmilli layihələrin reallaşması prosesində aktiv iştirak edir.

Ulu öndər Heydər Əliyev siyasi xəttini ləyaqətlə davam etdirən ölkə başçısı nəqliyyat sisteminin, onun tərkib hissəsi olan dəmir yolunun inkişafını daim diqqət mərkəzində nəzarətdə saxladığı kimi, bu çətin sahədə çalışan insanların əməyini də qiymətləndirməyi yaddan çıxarmayıb.13 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup dəmiryolçu ali dövlət mükafatları ilə təltif edilib.

Sonra nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ali dövlət mükafatlarını dəmiryolçulara təqdim ediblər.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan bir qrup gənc dəmiryolçuya üzvlük biletləri təqdim olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam