Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Bu tələbələr yekun-dövlət imtahanından azad ediləcək

"80 faiz tələbənin yekun qiymətləndirilməsi əvvəlki semesterlərin nəticəsinə əsasən həyata keçiriləcək”.

Yenixeber.org: Bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqdə deyib. O qeyd edib ki, universitetlərin yekun rəyinə əsasən bu il ali təhsil müəssisələrində dövlət imtahanı keçirilməyəcək.

"Son tədris ilinin tələbələrinin 80 faizi dövlət imtahanı, 20 faizi isə buraxılış işləri təqdim edirlər. Bir çox ali təhsil müəssisələrinin rəylərinə əsasən tələbələr dövlət imtahanı vermədən əvvəlki ümumi orta göstəricilərinin nəzərə alınması məqbul hesab olunur. Çünki son kurs tələbələrinin özəlliyi ondan ibarətdir ki, onlar haqqında ali təhsil müəssisələrində kifayət qədər ətraflı məlumat var. Onların 7 semestr ərzində göstərdiyi statistik nəticələr mövcuddur . Bu nəticələr tələbənin yekun qiymətləndirməsinin aparılmasina əsas verir.

Digər təhsil səviyyələrində olduğu kimi onlar bu formada nəticələrdən məmnun qalmasalar, ali təhsil müəssisələrinə müraciət edərək, dövlət imtahanında iştirak edərək öz nəticələrini yenidən sübut edə bilərlər”.

Onun sözlərinə görə, buraxılış işlərinin həm ənənəvi, həm də onlayn formada müdafiəsi təşkil oluna bilər.

"Buraxılış işi formatında yekun attestasiya olunacaq tələbələrə gəldikdə isə yazılan işlər tələbələr tərəfindən onlayn formada ali təhsil müəssisələrinə təqdim olunacaq və yenə də ixtisasın spesifik xüsusiyyətlərdən asılı olaraq buraxılış işlərinin müdafiəsi onlayn və yaxud da ənənəvi formada təşkil ediləcək.

Yaradıcılıq ixtisasları üzrə buraxılış imtahanlarının isə azsaylı qruplar şəklində ənənəvi formada keçirilməsi nəzərdə tutulur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam