Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şuşa Humanitar Kollecininin təkcə adı dəyişib, yoxsa... –NARAZILIĞIN İZİ İLƏ

 

 

Şuşa Humanitar Kollecininin təkcə adı dəyişib, yoxsa... – NARAZILIĞIN İZİ İLƏ 

Sovet İttifaqının dağılması özünü bir çox sahələrin tənəzzülü ilə göstərdi. Bu baxımdan peşə və orta ixtisas təhsili müəsisələri də özlərinin ağır dövrlərinə qədəm qoydular. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də dərin və düşünülmüş islahatlara start verildi, həmin vaxtdan isə peşə və orta ixtisas təhsil müəssisələri tədricən özlərinin əvvəlki şöhrətlərini qaytarmağa nail oldular.

Yenixeber.org: Azərbaycanda nüfuzlu orta ixtisas müəssisələri içərisində özünəməxsus yer tutan Şuşa Humanitar Kolleci də həmin illərdən sonra ciddi keyfiyyət dəuişikliyi mərhələsinə qədəm qoydu. Xatırladaq ki, Şuşa Humanitar Kollecinin əvvəlki adı Şuşa Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır.

Məlumat üçün bildirək ki, adıçəkilən kolecin direktoru Rasim Mehdiyevdir və o pedoqoji dairələdə bacarılı kadr kimi tanınır. Görünür elə bu səbəbdəndir ki, onun gəlişindən sonra Şuşa Humanitar Kollecində köklü dəyişikliklərə imza atılmış, kolecdə sağlam pedoqoji mühit yaradılmışdır.

Buna baxayaraq bir sıra Kütləvi İnformasiya Vasitələrində Şuşa Humanitar Kollecində yaşanan neqativ hallarla bağlı tənqidi materialar dərc olunur. Düzdür, ilkin araşdırmalarımızdan sonra bəlli oldu ki, nöqsanların baş verdiyi tarixlər əvvəlki rəhbərliyin dövrünə təsadüf edir. Bununla belə kollecdə hazırda da ciddi çatışmazlıqların yaşanmasına dair siqnalar da daxil olmaqdadır. 

Mətbuatda yer alan ittihamlarda bildirilir ki, təhsil müəssisəsi özbaşınalıqlarla idarə olunur. Məlumatda vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən ab-hava öz gərginliyi ilə diqqəti cəlb edir. Bildirilir ki, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Dərslərdə iştirak etməməyin aylıq "xərci”nin isə 100 manatdan başladığı iddia olunur.

Tələbələrə istinadən yazırlar ki, Şuşa Humanitar Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır. Bundan başqa da, məlumatlarda bildirilir ki, rəhbərliyin davamiyyətin aşağı salınmasında xüsusi marağı var. Belə ki, dərslərə gələn tələbələr imtahan sessiyasını "uğurla” başa vurmaq üçün qismən az ödəniş etsələr də, dərslərdə iştirak etməyən tələbələr üçün bu məbləğ daha böyük olur.

Səsləndirilən bu ittihamların nə dərəcədə doğru olmasını, eləcə də Şuşa Humanitar Kollecindəki hazırkı real duruml yerindəcə tanış olmaq məqsədilə təhsil ocağından geniş reportaj hazırlamaq niyyətindəyik. Bu məqsədlə kollecin rəhbərliyindən, konkret olaraq, Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyevdən həmin reportajı hazırlamaq üçün saytımızın əməkdaşlarına lazımi şəraiti yaratmalarını xahiş edirik.(rublika.az)

Mövzuya qayıdacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam