Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir təhsil müəssisəsi qarışdı -Deputatın qardaşının kollecində aksiya

 

Bu dəqiqələrdə Bakı Humanitar Kollecinin müəllimləri etiraz aksiyası keçirirlər.
Yenixeber.org:  BakuPost.az-a verilən xəbərə görə, buna səbəb müəllimlərin kütləvi şəkildə ixtisarının gözlənilməsidir. 
Aksiyaçılar bildirirlər ki, müəllimlər üçün olacaq imtahandan Təhsil Nazirliyinin xəbəri yoxdur. Tədris hissə müdiri Əsəd İbrahimov isə deyib ki, nazirliyin xəbəri var.
Xatırladaq ki, bundan qabaq Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədilə verdiyi yeni qərarı narazılığa səbəb olub. 
Qərara əsasən, bu müəssisələrdə təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilib. Bu birləşdirilmə nəticəsində də ixtisarlar olmuşdu. 
Onu da deyək ki, kollecin direktoru, millət vəkili Əhliman Əmiraslanovun qardaşı Vaqif Əmiraslanovdur. Aksiya barədə əlavə məlumat verəcəyik.
 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam