Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dərs vəsaitində daha bir biabırçılıq- Açıqlama

Dərs vəsaitində daha bir biabırçılıq

 

Ola bilsin, həmin məlumat vikipediyadan götürülüb, səhv də bununla bağlıdır

 

Yenixeber.org: Bu sözləri “Oyal”-dan verilən açıqlamada şirkətin ibtidai sinif şagirdlər üçün hazırladığı dəftərlərin üzərində Nizami Gəncəvinin fars şairi kimi göstərilməsinə münasibət bildirərkən deyiblər.

Şirkətdən verilən məlumata görə, hazırda araşdırma aparılır: “Məsələni araşdıraq, məlumat verəcəyik”.

Qeyd edək ki, məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan “Oyal” şirkəti tərəfindən təqdim olunan və ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib.

Dəftərin üz qabığında Nizami Gəncəvinin fotosu verilib və onun haqqında olan qısa məlumatda aşağıdakı cümlələr qeyd olunub: “Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”.

Xatırladaq ki, bu günlərdə sosial şəbəkələrdə orta məktəbin 10-cu sinif rus dili sektoru üçün hazırlanmış Tarix dərsliyində Böyük Ermənistan xəritəsinin dərci xəbəri ciddi qalmaqala səbəb olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam