Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranda irqçi qanun:azərbaycanlılar müəllim ola bilməyəcək

İranda irqçi qanun:

 

İran Təhsil Nazirliyinin yeni qanunlarına əsasən türklər kimi ləhcəsi olan qövmlərin nümayəndələri müəllim ola bilməyəcək.

Yenixeber.org "GünAz TV"yə istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin açıqladığı bəyanat irqçiliyi xatırladan qanunlarla doludur.Təhsil Nazirliyinin bəyanatı “Fars” xəbər agentliyində dərc olunub. Yeni qanun, Təhsil Nazirliyinə qəbul olunan işçilər, xüsusi ilə də müəllimlərlə bağlı yeni meyarlar təyin edir.

Qanuna əsasən bir sıra xəstəliklərdən əziyyət çəkən insanlar Təhsil Nazirliyinə, xüsusi ilə də müəllim peşəsinə işə götürülməyəcək. “Fars” xəbər agentliyində yayılan bəyanatda həmin xəstəliklərin siyahısı da qeyd olunub. Bəyanatda ləhcəsi olan insanlar əsəb və psixoloji xəstəliyi olan şəxslər kimi qələmə verilib. Bu isə ciddi ayrı-seçkilik və qeyri-insani münasibətdən xəbər verir.

Bəyanatın 6-ci maddəsinin 9-cu bəndində bildirilir ki, “danışma pozğunluğu və kəkələmə problemi olanların psixoloji və ya nevroloji səbəbi olarsa, müəllim peşəsi üçün işə götürülə bilməz, lakin idarə işlərində çalışa bilər. Dəyişməsi mümkünsüz və qəliz ləhcəsi olan insanlar hansıki, Ç, G, J, Q və s. kimi fars hərflərinin tələffüz edə bilmirlər, onların ibtidai məktəblərdə müəllim olması və fars ədəbiyyatı dərsliyini tədris etməsi qadağandır. Lakin orta məktəbdə riyaziyyat, fizika, kimiya, biologiya və s. kimi dərslikləri tədris edə bilər, həmçinin ofis işlərində çalışa bilərlər".

Yeni qanun təkcə ləhcəsi olan türklərin Təhsil Nazirliyinə işə götürülməsi üçün maneçilik yaratmır, eyni halda İranda yaşayan bütün millətlər, o cümlədən türk milləti üçün bir təhqir sayılır. Soydaşlarımız bu məsələni sosial şəbəkələrdə müzakirə edərək nazirliyin yeni qərarına kəskin etiraz ediblər.

Hələlik azərbaycanlı millət vəkilləri və yerli məsullar irqçilik istiqamətində atılan növbəti addıma münasibət bildirməyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam