Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Nizami rayonunda... zəruri tədbirlər görülür -FOTOLAR

 Nizami rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər görülür 

Yenixeber.org: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Nizami rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək tövsiyə edilir.

Rayon Polis İdarəsinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilərlə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.

Bundan əlavə, rayon ərazisindəki bütün istirahət parkları lentlərlə bağlanılaraq giriş məhdudlaşdırılıb, o cümlədən abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub. Eyni zamanda, rayon ərazisində gündəlik olaraq dezinfeksiya işləri də aparılır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam