Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda xəstəxana fəaliyyətini dayandırdı - AÇIQLAMA

 

5 saylı Şəhər Kliniki Xəstəxanası da fəaliyyətini müvəqqəti dayandırıb.

 Yenixeber.org: Bu gün bir qrup insan xəstəxananın qarşısına toplaşaraq içəri qəbul edilmədiklərinə görə etiraz ediblər.

Məsələ ilə bağlı 5 saylı Şəhər Kliniki Xəstəxanasıyla əlaqə saxladıq. Qurumdan xəstəxanada qəbul dayandırılıb: “Xəstəxana işləyir, amma xəstə qəbul etmirik. Yəni hələ ki, kənardan xəstə qəbul olunmur. Əgər hansısa şəxsin problemi varsa, qeydiyyatda olduqları klinikaya müraciət etsinlər”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, xəstəxanalar müəyyən edilmiş qayda ilə işləyir: “Şəxsin hansı məqsədlə xəstəxanaya gəlməsindən çox şey asılıdır. Dəfələrlə demişik ki, hərarəti olanlar Bakı ərazisində 103-ə, Bakıdan kənarda isə 113-ə zəng vursunlar. Koronavirus simptomları ilə kimsə özündə şübhə bilib xəstəxanaya gedirsə, həmin xəstəxana onu qəbul etməyəcək. Əgər səhhətlərində başqa bir problem varsa, o zaman xəstəxana həmin şəxsi mütləq qəbul etməlidir. (news24.az)

5 saylıı Xəstəxana fəaliyyətini dayandırdı - YALNIZ BU XƏSTƏLƏR...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam