Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

12 və 13 saylı cəzaçəkmə müəssisələrində zorakılığa yol verilməsi iddialarına münasibət bildirilib - RƏSMİ AÇIQLAMA

Son günlər ərzində bəzi sosial şəbəkələrdə Ədliyyə NazirliyiPenitensiar xidmətinin 12 və 13 saylı cəzaçəkmə müəssisələrində ayrı-ayrı məhkumlara qarşı müəssisə rəhbərliyi tərəfindən zorakılıq hallarına yol verilməsi barədə iddialar yer alıb.

Yenixeber.org:  Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən sorğusuna cavab olaraq bildirilib ki, bunlar həqiqətə uyğun olmayan məlumatlardır.

Penitensiar xidmət bildirir ki, istər göstərilən cəzaçəkmə müəssisələrində, istərsə də xidmətin digər tabe qurumlarında saxlanılan məhkum və həbs edilmiş şəxslərin hüquq və qanuni mənafelərinin qorunması xidmət rəhbərliyinin daimi olaraq ciddi nəzarəti altındadır:

"Bununla belə, ayrı-ayrı məhkumların qanunvericilikdə nəzərdə tutulmamış imtiyazlara nail olmaq məqsədilə saxlanma qaydalarının pozulmasına, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin qanuni tələblərinə riayət olunmasından imtina etməsinə yönələn hərəkətlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qarşısı alınır.

Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən tabe qurumlarda həyata keçirilən islahatlar, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, islah-tərbiyə prosesinin səmərəliliyinin artırılması, habelə xidmətin bütün fəaliyyət sahələrini əhatə edən tədbirlərin həyata keçirilməsinə dair ictimaiyyətə əvvəllər olduğu kimi müfəssəl məlumat veriləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam