Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azərbaycan məhsullarının Çin bazarına ixracı

 
"Oqtay Güləliyev növbəti dəfə sosial şəbəkələrdə cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan bəzi şəxslərə qarşı işgəncə hallarının olması barədə həqiqəti əks etdirməyən məlumat yayıb".
Yenixeber.org:  Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, həmin məlumatda bəzi həbs edilmiş şəxslərin zorakılığa məruz qaldıqları, səhhətlərində ciddi problemlərin yarandığı, onlara tibbi yardım göstərilmədiyi və ailə üzvləri ilə görüşə icazə verilmədiyi kimi iddialar yer alıb: 

"Yazıda adları qeyd olunan, o cümlədən tabe qurumlarda saxlanılan digər məhkum və həbs edilmiş şəxslərə qarşı şərəf və ləyaqəti alçaldan hər hansı bir hərəkətə yol verilmir, onların hüquq və mənafeləri daim qorunur, qanunvericilikdə nəzərdə tutulan qaydada görüş və telefon danışıqları təqdim edilir və səhhətində problemi olanlar diqqət mərkəzində saxlanılır.  (Azvision)

Böhtan xarakterli bu cür qərəzli məlumatları yaymaqda məqsəd əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatçılıq yaratmaqdır. Penitensiar Xidmət daim öz fəaliyyəti ilə bağlı məlumatları operativ şəkildə ictimaiyyətin diqqətinə çatdırır və cəmiyyətdə narahatlıq doğuran istənilən məsələyə aydınlıq gətirməyə hər zaman hazırdır". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam