Redaktor seçimi
Bakı meri postuna daha bir iddialı-
Rektor Akif Süleymanov və onun komandası ATU-ni məhvə sürükləyir...-
Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –
Düşüncələr, təəssüratlar-
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Günün xəbəri

Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları bilindi

 

Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları bilindi

 

Səhiyyə Nazirliyi rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələrinin siyahısının təsdiq edib

Yenixeber.org: Səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyev tərəfindən bununla bağlı verilmiş əmrə əsasən, rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, Ə.ƏIiyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Naxçıvan Dövlət Universitetidir.

Əmrdə qeyd edilir ki, hazırda həkim-mütəxəssislərin hazırlığını aparan klinik bazalara rezidentura təhsili üzrə metodik rəhbərlik cari tədris ilindən başlayaraq Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinə həvalə edilsin. Siyahıda təsdiq edilən təhsil müəssisələrinin rəhbərlərinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (Naxçıvan Dövlət Universitetinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi) ilə razılaşdırılmaqla həkim-mütəxəssislərin təhsil proqramlarına uyğun hazırlığının aparılması üçün müvafiq kadr potensialına və maddi-texniki bazaya malik olan səhiyyə və elm müəssisələri ilə müqavilə bağlamaq səlahiyyəti verilib.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?