Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Ali məktəblərə yeni vergi tətbiq ediləcək

“Dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitləri mənfəət və əmlak vergisinə cəlb olunması məsələsinə baxılmalıdır”.

Xeberinfo.com:   Bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

“Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq 2010-2011-ci il tədris ilindən başlayaraq mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən bütün ali təhsil müəssisələri adambaşına maliyyələşmə prinsipini nəzərdə tutan dövlət sifarişinin yerinə yetirilməsində iştirak edirlər. Cari  və əvvəlki illərin nəticələrinə əsasən qeyd olunmalıdır ki, dövlət ali təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə dövlət büdcə gəlir və xərclərinin tərkibinə daxil edilməyən müvafiq göstəriciləri, o cümlədən gəlirləri və gəlirlərin əldə olunması ilə bağlı xərcləri, eləcə də digər öhdəlikləri qanunvericiliklə müəyyən edilmiş qaydada bəyan olunmayıb.

Nəzərə almaq lazımdır ki, dövlət ali təhsil müəssisələri də fəaliyyətinə büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq  zərurəti artıq yaranıb. Hesab edirik ki, dövlət ali təhsil müəssisələri də özəl ali təhsil müəssisələri kimi əldə etdikləri gəlirləri vergi öhdəliklərinin bəyan edilməsi baxımından açıqlanmalıdır.  Dövlət ali təhsil müəssisələrinin da sərbəst qalan vəsaitlərinin və əmlak vergisinə cəlb olunması məsələsinə baxılmalıdır”, – deyə V. Gülməmmədov vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam