Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Siyasi partiyaların illik maliyyə hesabatlarının MSK-ya təqdim edilmə müddəti başa çatır

 

 

Azərbaycanda siyasi partiyaların 2017-cı il üzrə maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilmə müddəti bu həftənin bazar günü, aprelin 1-də başa çatır

 

Yenixeber.org: MSK sədrinin müavini Natiq Məmmədov açıqlamasında deyib ki, indiyədək Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatını 23 siyasi partiya təqdim edib. Onun sözlərinə görə, siyasi partiyaların maliyyə hesabatlarını təqdim etməsi üçün müddət müəyyənləşib, həmin müddətdə partiyalar hesabatları təqdim etməlidir: “Bəzən nəzərdə tutulan müddətin əvvəlində, bəzən də sonunda aktivlik olur. Biz bu prosesin təkmilləşdiyini görürük. Mərkəzi Seçki Komissiyası bu istiqamətdə maarifləndirmə işlərini həyata keçirir, bu da nəticə verir”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 45-i 2016-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 10 partiya – Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası, Milli Qurtuluş Partiyası hesabat verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam