"The Death List" adlı sayt 2018-ci ildə ölməyi ehtimal edilən 50 məşhurun adını açıqlayıb.
Yenixeber.org: Əvvəlki illərdə etdiyi doğru təxminlərlə məşhurlaşan sayt 2018-ci ildə məşhur ABŞ aktyoru Maykl Duqlasın atası 101 yaşlı aktyor Körk Duqlasın ölümünü proqnozlaşdırır. Siyahıda 5-ci sırada Britaniya kraliçası Elizabetin həyat yoldaşı 97 yaşlı şahzadə Filip qərarlaşıb. 
50 nəfərin arasında 96 yaşlı fransız modelyer Pier Kardin, Zimbabvenin sabiq prezidenti 94 yaşlı Robert Muqabe, sabiq ABŞ prezidenti 94 yaşlı ata Corc Buş, fransız musiqiçi 94 yaşlı Çarlz Aznavur, 88 yaşlı şotland aktyor Şon Konneri, 76 yaşlı dünya şöhrətli ingilis fizik Stefen Houkinq də var.