Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Beynəlxalq Əlillər Günü qeyd olunub...Nərimanov rayonunda

 Beynəlxalq Əlillər Günü qeyd olunub...

 

Nərimanov rayonunda Beynəlxalq Əlillər Günü qeyd olunub

 

 

Yenixeber.org: 1 dekabr 2017-ci il tarixdə Beynəlxalq Əlillər Günü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

Rayon rəhbərliyinin və rayon ərazisində yaşayan əlillərin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Gününün xalqımızın Ümummilli lideri Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, 1994-cü ildən Azərbaycanda da hər il qeyd edildiyini, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillərin də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlərin həyata keçirildiyini bildirib.

Daha sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev əlillərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həllinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət yetirdiyi əsas məsələlərdən olduğunu vurğulayaraq, bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımların bunun bariz nümunəsi olduğunu xüsusilə diqqətə çatdırıb.

Ölkəmizin hər yerində olduğu kimi, Nərimanov rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyi, rayonda fəaliyyət göstərən fiziki və sağlamlıq imkanları məhdud şəxslərin müalicə olunduğu, təhsil aldığı təhsil və səhiyyə müəssisələrində onların bu və ya digər problemlərinin həlli, cəmiyyətə fəal inteqrasiya olunması istiqamətində müvafiq işlərin görüldüyü qeyd edilib.

Çıxış edən əlillər sürətlə inkişaf edən ölkəmizdə əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıb, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

 Beynəlxalq Əlillər Günü qeyd olunub...
 Beynəlxalq Əlillər Günü qeyd olunub...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam