Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Etibar Məmmədov xalqın tələbini gözləyir – “Xalq tələb edəcəksə...”

Etibar Məmmədov xalqın tələbini gözləyir
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı məlumatlar səngimək bilmir. Sosial şəbəkələrdə yayılan məlumatlarda iddia olunur ki, Etibar Məmmədov yaxın vaxtlarda Azərbaycanın siyasi səhnəsinin fəal fiqurantlarından biri olacaq.
Yenixeber.org: Yayılan məlumatları dəqiqləşdirmək üçün AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovla əlaqə saxlayıb. Əli Orucov əvvəlcə Etibar Məmmədovun siyasətdən getmədiyini xatırladıb.

“Etibar Məmmədov aktiv siyasətlə məşğul olmasa da, siyasətdən getməyib. O, siyasi prosesləri diqqətlə izləyir, lazım gələndə fikir də bildirir”, - deyə AMİP yetkilisi vurğulayıb.

Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı iddialara gəlincə, Əli Orucov deyib ki, bu barədə AMİP liderinin hər hansı fikrinə rast gəlməyib. “Özündən də belə bir şey eşitməmişik. Ona görə də şəxsən bu məsələ barədə özünün hansı niyyətdə olduğu barədə heç nə deyə bilmərik” deyən AMİP yetkilisi istisna etməyib ki, hansısa mərhələdə xalqın tələbi ilə Etibar Məmmədov bu barədə düşünə bilər:

“Onsuz da bu məlumatı yayanlar Etibar Məmmədovu aktiv siyasətdə görmək istəyənlərdir. Hər halda yayılan məlumatlardan belə sezilir. Hesab edirəm ki, xalq tələb edəcəksə, Etibar Məmmədov aktiv siyasətə qayıtmaq barədə düşünə bilər. Amma onun bu məsələyə hansı münasibət bildirəcəyi barədə dəqiq heç nə deyə bilmərəm”. (Yenisabah.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam