Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“QKÇP” dönəmindən qalan - ağır miras

SSRİ çöksə də Moskvanın Qarabağ siyasəti dəyişməz qalır; Ermənistanda isə Paşinyan hökumətindən narazılıq artır - səbəblər...

Yenixeber.org:  Bu günlər (19-22 avqust) SSRİ-də illər öncə baş vermiş “QKÇP” adlı qiyamın növbəti ildönümüdür. 28 il qabaq, bu avqust günlərində bir qrup sovet yüksək çinli məmuru, başda SSRİ-nin ovaxtkı baş nazirinin müavini Yanayev və KQB sədri Kryuçkov olmaqla, müdafiə və daxili işlər nazirləri - Yazov və Puqo tarixin təkərini geri döndərib SSRİ-ni xilas etməyə cəhd etdilər. Ancaq alınmadı. SSRİ çökdü, 15 müttəfiq respublika müstəqillik qazandı.

Onlardan yalnız biri - Rusiya, belə görünür ki, bu çöküşü hələ də həzm edə bilməyib. Məhz bu səbəbdən SRRİ dönəmində Kremlin xeyir-duası ilə yaranan və minlərlə günahsız insanın, uşaqların, qoca və qadınların həyatına son qoyan Dağlıq Qarabağ konflikti SSRİ-nin süqutundan sonra  - Rusiya dönəmində də davam elədi, öz ədalətli həllini tapmadı. Ona görə ki, SSRİ tarixə qovuşsa da, onun hüquqi varisinin - Rusiyanın “parçala, hökm sür” siyasəti dəyişmədi.

O vaxtdan Moskva əlində unikal rıçaqlar və şanslar ola-ola postsovet məkanındakı ən qanlı və üzücü münaqişəni çözmək istəmir. Nə Yeltsin Rusiyası buna qol qoydu, nə də 20 ildir Putin Rusiyası buna maraq göstərir. ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən birincisi olan Moskva illərdir yalnız növbətçi bəyanatlar verməklə kifayətlənir.

âQKÃPâ ile ilgili görsel sonucu

Paralel surətdə Rusiya Azərbaycanın hərb yolu ilə problemi həll eləməsinə əngəl olur. Çünki Moskvaya həll olunmamış, tüstülənən Qarabağ ixtilafı daha sərfdir. Təbii ki, Rusiyada heç kim bunu açıq bəyan eləmir. Moskva Qarabağa dair imitasiya siyasətini davam etdirir.

*****

Söz düşmüşkən, srağagün Rusiya və Fransa prezidentləri - Vladimir Putinlə Emmanuel Makron Rusiya liderinin Parisə səfəri zamanı Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib. Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Fort Breqansonda Rusiya və Fransa prezidentlərinin görüşündə bir çox məsələlər müzakirə olundu. Əsas mövzular isə ”Normand formatı"nda sammitin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr - Balkanlar, Dağlıq Qarabağ, eləcə də Arktikanın iqlimi və ondan istifadə edilməsi oldu", - deyə o, jurnalistlərə bildirib.

Ancaq bu müzakirələr nəyi dəyişəcək? Fakt budur ki, Putinin Rusiyada hakimiyyətdə olduğu 20 ildə konfliktin həllində Rusiya müsbətə doğru ciddi dönüş yaradacaq heç bir təşəbbüs göstərməyib. Bunu, sadəcə, istəməyib. Bir dəfə də olsun, “Ermənistan işğalçıdır”, “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, BMT qətnamələri yerinə yetirilməlidir” deməyib. Eləcə də digər həmsədr dövlət, işğalçı Ermənistanı özünün “kiçik bacı”sı sayan Fransa. Odur ki, belə növbətçi müzakirələrdən hansısa nəticə gözləməyə dəymir.

Məsələ də ondadır ki, Rusiya, Fransa və ABŞ təcavüzkar Ermənistana real sülh anlaşması üçün təzyiqlər etməyə başlamayınca, danışıqlar boş vaxt itkisi olaraq qalacaq. Problemin tək həll yolu kimi isə daima müharibə variantı gündəmdə olacaq - hansı müharibə ki, onsuz da ağır durumda, blokada vəziyyətində olan Ermənistana və Rusiyaya ən çox ziyan vuracaq.       

*****

Bu arada inqilab sonrası Ermənistanda da etirazlar səngimir. Narazı kütlə bu dəfə parlament binasını mühasirəyə alıb. Etirazçılarla polis arasında qarşıdurma olub, saxlanılanlar var. Parlamenti mühasirəyə alan əhali baş nazir Nikol Paşinyanla görüşmək istədiklərini bildirib. Etirazçılar deyiblər ki, İcevandakı, Gümrüdəki problemlərin nə vaxt həll olunacağını baş nazirdən öyrənmək istəyirlər.

Onların fikrincə, əvvəl olduğu kimi bu gün də ölkə talanır. Ölkədəki binaların 80 faizi qəzalı vəziyyətdədir. Bu səbəbdən ailələrin böyük əksəriyyəti gecəni küçələrdə keçirir. Bundan başqa, Ermənistanda işsizlər ordusunun sayı 47 min nəfərdən çoxdur. 50 mindən çox insan ölkəni tərk edib. Aksiya iştirakçıları N.Paşinyana xəbərdarlıq edərək bildiriblər ki, problemlər öz həllini tapmasa, parlamentin qarşısında narazı kütlənin sayı artacaq.

Qeyd edək ki, etirazçılar paytaxt İrəvanın əsas yollarını bağlayıblar. Hadisə yerinə daxili qoşun qüvvələri cəlb olunub. İnsident nəticəsində 30-a yaxın etirazçı saxlanılıb.

Heç şübhə yox ki, bu etirazların sayı və amplitudası getdikcə artacaq və onları “xalq baş naziri” Nikol Paşinyan da önləyə bilməyəcək. Ona görə ki, bu kimi sosial-iqtisadi problemlərin kökündə həll olunmamış Qarabağ problemi dayanır və bu problem yoluna qoyulmayınca, İrəvan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından əl çıkib blokada rejimindən çıxmayınca, onun əhalisini heç kim, o cümlədən Rusiya aclıq və safalətdən, miskin həyat və kütləvi köçdən xilas edə bilməyəcək... (musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam