Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

“SSRİ-nin dağılması İttifaq məkanında Qarabağda ilk qanlı münaqişə ilə başladı”

Xeberinfo.com:  Məlumata görə, bunu virtualaz.org-a eksklüziv müsahibəsində rusiyalı politoloq Aleksandr Proxanov deyib. Bunu o, Rusiya prezidenti Vladimir Putinin “SSRİ-ni dağıtmaq yox, demokratik islahatlar aparmaq lazım idi” sözlərini şərh edərkən bildirib.

“Rusiya prezidentinin nəzərinə çatdırıram ki, keçmişdə SSRİ-də müxtəlif xarakterli münaqişələr baş verirdi, lakin ölkə rəhbərliyi məsuliyyəti öz üzərinə götürərək, əlindən gələni edirdi ki, qarşıdurmanı yatırsın. Fəqət azərbaycanlılarla ermənilərin silahlı toqquşmasına dair Moskvada bildirdilər ki, regionlar qarşılıqlı münasibətlərini özləri həll etməlidirlər. Hamı anladı ki, mərkəz Qarabağdakı münaqişəni tənzimləmək iqtidarında deyil, yaxud da bunu etməyi arzulamır. Halbuki, bu problemin bütün SSRİ-yə aidiyyatı var idi və Kremldəki hakimiyyət millətlərarası yanğını söndürməyə borclu idi. Mərkəz bu problemin həllindən özünü təcrid edəndən sonra Qarabağ münaqişəsi qorxulu xarakter aldı. Ermənistanda və Azərbaycanda yerləşən, maaşsız və təminatsız qalmış Sovet ordusu hissələri könüllüləri Qarabağ müharibəsinə yollayırdılar. Bu, SSRİ-də ümummilli vətəndaş müharibəsinin ilk döyüşü idi. Həmin andan başlayaraq dağıntı prosesinin müxtəlif mexanizmləri işə düşdü və hazırda biz bir vaxtların nəhəng dövlətinin tör-töküntüsü üzərində yaşayırıq”, - Proxanov deyib.

Politoloq qeyd edib ki, məhz Qarabağ münaqişəsi SSRİ-nin bədənində ilk çat oldu və Moskvanın bu çatı yamamaq iqtidarında olmaması üzündən o dərinləşdi və dövlətin tam süqutuna gətirib çıxardı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam