Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Gürcüstan prezidentinin Azərbaycana səfəri...”- Səfir

"Azərbaycan Gürcüstanın ən əsas ticarət tərəfdaşlarından biridir".

Yenixeber.org: “Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə və möhkəmləndirilməsinə töhfə verəcək”.

Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstanın Birinci kanalına müsahibəsində bildirib.

Diplomat deyib ki, Gürcüstan və Azərbaycan arasında siyasi münasibətlər dinamik olaraq inkişaf edir: “İki ölkə arasında iqtisadi, ticari, mədəni və humanitar münasibətlər də yüksək səviyyədədir. Azərbaycan Gürcüstanın ən əsas ticarət tərəfdaşlarından biridir. Yeni layihələrin həyata keçirilməsi və investisiya siyasətinin gücləndirilməsi planlaşdırılır. Gürcüstanın dövlət başçısı Azərbaycan tərəfi ilə bütün əhəmiyyətli məsələləri müzakirə edəcək”.

Qeyd edək ki, S.Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində prezident yüksək səviyyəli görüşlər keçirəcək. Onun həmçinin Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorunun nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.

Səfər fevralın 28-də başa çatacaq.(


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam