Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zurabişvilinin Bakı səfərinin proqramı açıqlandı

 

Zurabişvilinin Bakı səfərinin proqramı açıqlandı
Gürcüstan Prezidenti Salome Zurabişvilinin fevralın 27-də Bakıya edəcəyi rəsmi səfəri qonşu Azərbaycanla strateji tərəfdaşlığın davam və inkişaf etdirilməsi məqsədi daşıyır.
Yenixeber.org: Bu barədə Gürcüstanın Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, siyasi, iqtisadi, ticari münasibətlərin dərinləşdirilməsi ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi prioritet olacaq. Bu da illər boyu gürcü və Azərbaycan xalqları arasında mövcud olan mehriban qonşuluq və dostluq əlaqələrinə əsaslanır. 

Məlumatda S.Zurabişvilinin səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirəcəyi, həmçinin Baş nazir Novruz MəmmədovMilli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorun nümayəndələri ilə də görüşlərinin nəzərdə tutulduğu vurğulanıb. 

Dövlət başçısının başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın PrezidentAdministrasiyasının üzvləri və digər rəsmi şəxslər daxil olacaq. (Report) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam