Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ raketlərini Avropaya yerləşdirmək fikrində deyil –Bolton

 

ABŞ hələlik Avropada kiçik və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma ilə qadağan edilmiş raketləri yerləşdirməyi planlaşdırmır.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

“Bu, ABŞ və alyans üçün qlobal strategiya məsələsidir. Biz müttəfiqlərimizlə bu məsələylə bağlı çox sıx konsultasiyalar aparırıq. ABŞ ümumi mövqenin hazırlanması məsələsində optimistdir.

Bu razılaşma çox köhnəlib. Hazırda dünyada bu müqavilə yalnız iki ölkəyə aiddir, üstəlik, Rusiya onun şərtlərini pozur. Bu isə o deməkdir ki, müqaviləyə yalnız bir ölkə sadiqdir. Çin, İran, Şimali Koreya, Hindistan, Pakistan bu müqaviləyə bağlı deyillər. Bizim dəyərləndirməmizə görə, Çində olan ballistik və qanadlı raketlərin üçdə biri bu müqaviləyə ziddir. Bu raketlər bizim Şərqi və Cənubi Şərqi Asiyadakı müttəfiqlərimizə təhdid yaradır. Digər tərəfdən İranın orta mənzilli ballistik raketlərinin sayı Çindən də çoxdur. Bu isə Avropa ölkələrinə birbaşa təhdiddir” – deyə o bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam