Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ KONQRESİNDƏN TÜRKİYƏYƏ YENİ ZƏRBƏ –Qardaş ölkəyə maliyyə yardımını əngəlləyən qanun hazırlanır

Sərdar TURQUT,

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

Yenixeber.org: Konqresin Türkiyə əleyhdarı olan 6 üzvünün Türkiyəyə qarşı maliyyə əməliyyatı həyata keçirmək üçün Maliyyə Nazirliyilə əlaqəli şəkildə yeni qanun layihəsi hazırladığını cümə axşamı günü ölkəmizlə bağlı olan digər bir işi izləmək üçün getdiyim Pentaqondan çıxarkən öyrəndim. Bir az sonra layihənin mətnini də aldım.

Turkey International Financial Institutions Act (“Türkiyə Beynəlxalq Maliyyə İnstitutları Qanunu”) adlı qanun layihəsinin arxasında hansı gizli əlaqələrin olduğunu anlatmadan öncə, bu layihənin məqsədinin nə olduğunu açıqlamaq istəyirəm.

Bu layihə ABŞ Maliyyə nazirinə beynəlxalq maliyyə yardımı edən və ölkələrə kredit açan qurumlara “Türkiyəyə yardım etməyin və kredit açmayın!” çağırışı etmək yolunu açır.

Prosesin necə işləyəcəyi layihənin 3-cü səhifəsində belə anladılır: Maliyyə naziri Dünya Bankı Qrupundakı (World Bank Group) Amerikan icraçı direktorunu çağırıb, “Türkiyəyə kredit açmağı düşünən qurumdakı Amerika vəzifəli şəxslərini, eyni zamanda digərlərini razı sal, bu kreditin açılmasını əngəlləsinlər” deyəcək.

Türkiyəyə pul və kredit verməsi ehtimalı olan hansı qurumun adı çəkilərsə, bu, hər dəfə təkrarlanacaq.

Yəni, anlayacağınız odur ki, bu layihə sabah qanun halına gələrsə, Türkiyəyə kredit verilməsinin həmən qadağan edilməsi mənasına gəlmir.Sadəcə olaraq, ABŞ digər ölkələrin həmin qurumdakı nümayəndələrini razı salma prosesinə başlayacaq və bunu bacararsa, kreditin açılması əngəllənə biləcək.

Mütəxəssislər ABŞ-ın o cür qurumlarda ən çox pul verən, ən güclü ölkə olduğunu nəzərə alaraq, digər ölkə nümayəndələrinin razı salınması işində çətinlik çəkəcəyini düşünmürlər.

 

Gizli yevangelist əlaqə

 

Türkiyəyə qarşı nəzərdə tutulan bu oyunun təməlində nələrin yatdığını araşdırdıqda, yenə təxmin etdiyim kimi, Prezident Trampın ətrafını sarmış olan yevangelist-neokon qrupun olduğunu gördüm.

Maliyyə naziri Stiven Mnuçin ABŞ səfirliyi Qüdsə köçürülən gündən bu yana, Türkiyəyə qarşı çox əsəbidir və Vaşinqtonda öz ətrafına “Bir fürsət düşə, Türkiyədən hesab soruşam” dediyi məlumdur.

Mnuçin də yevangelistdir. O, ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasiminə yevangelistlərə və Trampa pul buraxan, qumarxana şəbəkəsinin sahibi olan milyarder iş adamı Şeldon Adelson ilə birlikdə getmişdi.

Prezident Ərdoğan çox haqlı olan və ABŞ-dan başqa bütün dünyanın hörmətini qazanan çıxışı ilə bu hadisəyə qarşı üsyan etmiş və edilən haqsızlığı var gücü ilə qınamışdı. Adelson və nazir Mnuçin Ərdoğanın bu çıxışına qarşı nə isə etmək istəyirdi. Yekunda həmin qanun layihəsilə bu işə girişdilər.

 

Bəs o kimdir?

 

İndi də Mnuçinin, qanun layihəsində deyildiyi kimi, qadağanetmə təlimatını vermək üçün yanına çağıracağı şəxsin kim olduğuna baxaq.

Qanun layihəsində onun Dünya Bankı Qrupunun icraçı direktoru(Executive director of the World Bank Group) olduğu bildirilir. Adı da Erik Betheldir. Vaşinqtonda fanatik yevangelist baxışları ilə tanınır. O kəsimin içində baby Jesus” (“körpə İsa”) adlandırılan bir məktəb varmış, o da bunlardanmış.

Yəni, anlayacağınız odur ki, bu qanun layihəsi qəbul olunarsa, Türkiyəyə qarşı onu İsrail tərəfdarı olan iki yevangelist tətbiq edəcək.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam