Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə mühasirəyə alınacaq və...- ABŞ-ın təklifi arxasındakı DƏHŞƏTLİ PLAN

 

 

ABŞ-ın dövlət katibi Reks Tillersonun “təhlükəsiz zona”nın yaradılması və Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik xəttinin qurulması barədə Türkiyəyə etdiyi təkliflərin arxasında çirkin məqsədlər dayanır

 

Yenixeber.org: Ekspertlərin sözlərinə görə, məqsəd Aralıq dənizinə çatdırılması planlaşdırılan “PKK/PYD dəhlizi” və “PKK/YPG sərhəd birliyi” layihələrindən Ankaranın diqqətini yayındırmaqdır.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi yanvarın 23-də Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə Paris görüşündə Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik xəttinin qurulmasını təklif edib. Reks Tillerson həmçinin “təhlükəsiz zonanın yaradılması üçün Türkiyə ilə birlikdə çalışa bilərik” şəklində bəyanat verib.

Ərdoğan 2013-cü ilin may ayında baş nazir postunda olarkən ABŞ-a səfər etmiş və Suriyada uçuşa qadağan bölgənin elan edilməsini təklif etmişdi.

Ərdoğan həmçinin, evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlar üçün təhlükəsiz bölgənin yaradılması və koalisiya gücləri ilə ortaq quru əməliyyatın həyata keçirilməsini nəzərdə tutan 3 mərhələli planı təqdim etmişdi. Lakin plan dövrün ABŞ prezidenti Barak Obama tərəfindən qəbul olunmamışdı.

Beləliklə, Suriyada “təhlükəsiz zona”nın yaradılmasını təklifi edən ABŞ Türkiyənin 5 il əvvəlki mövqeyinə qayıtmış oldu.

Hərbi və diplomatik mənbələr “Zeytun budağı” əməliyyatının hədəfində olan Münbiçin hamısının, Afrinin isə böyük hissəsinin 30 kilometrlik xəttin kənarında qaldığını bildirirlər. Onların sözlərinə görə, Vaşinqtonun təklifi həyata keçirilərsə, Türkiyə təhlükəsizlik dəhlizinə həbs ediləcək, Aralıq dənizinə çatdırılması planlaşdırılan “PKK dəhlizi”nin önü açılacaq və “PKK ordusu”nun qurulması üçün ABŞ-a zaman qazandıracaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam