Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Elman Rüstəmovun kredit qadağası 10 bankı müflisləşdirir

 

 

Mərkəzi Bank həm 50 milyon manatlıq nizamnamə kapitalı tələb edir, həm də bankların gəlir mənbəyini qapayır

 

     "xeberinfo.com": Azərbaycandakı bank və müştəri münasibətlərində ciddi problemlər var. Bu ilin başlanğıcından etibarən Azərbaycan Mərkəzi Bankının (AMB) ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini qadağan etməsi, avtomobillərin kreditlə satışına məhdudiyyət qoyması vəziyyəti daha da mürəkkəbləşdirib. Qadağaya səbəb kimi, problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir. Bank mütəxəssislərinin sözlərinə görə, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb, buna görə də, Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib.
Məlumata görə, iqtisadçı-ekspert Vüqar Bayramov “Bizim Yol” qəzetinə verdiyi açıqlamada bildirib ki, kommersiya banklarının müştərilərlə münasibətləri, heç də ürəkaçan deyil. Belə ki, kommersiya bankları müştərilərdən artıq sənədlər tələb edir, müştərilərə kiçik məbləğdə istehlak kreditləri təklif edirlər ki, bu da müştərilərin yalnız kreditin alması ilə bağlı çətinliklər yaşaması deyil, eyni zamanda kommersiya banklarının özünün də kredit fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxarır. “Nəzərə alsaq ki, gəlirlərinin əsas hissəsi kreditləşmə hesabına formalaşır, hal-hazırda kommersiya banklarının gəlirlərində kəskin azalmalar müşahidə olunur. Bank sektorundakı ümumi durumdan nə kommersiya bankları, nə də vətəndaşlar faydalana bilirlər”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, kreditləşmə kommersiya qurumlarının əsas gəlir mənbəyidir və bu da bir sıra banklarının nizamnamə kapitalının yerinə yetirilməsi tələbinə əməl etməsində çətinliklər yaradır: “Bizim hesablamalarımıza görə, ən azı 10 bankın nizamnamə kapitalının yerinə yetirilməsi ilə bağlı problemi var. Xatırladaq ki, AMB nizamnamə kapitalının 50 milyon manatadək artırılması ilə bağlı qərar qəbul edib. Beləliklə, banklar nizamnamə kapitalını 50 milyonadək artırmalıdır. Amma kredit məhdudiyyəti bu tələbi ödəməkdə çətinlik çəkən kommersiya qurumlarının işini daha da çətinə salıb. Reallıq 10 bankın ilin sonunadək müflisləşmə təhlükəsi ilə üz-üzə qalması ehtimalını yaradır”.
Vüqar Bayramov onu da qeyd edib ki, banklar real sektora da kreditləri artıra bilmirlər: “Real sektora təklif olunan kreditlərin faiz dərəcəsinin istehlak kreditləri ilə müqayisədə aşağı olmasına baxmayaraq, maliyyə resursları məhdud olduğundan bu sektora kreditləri artırmaq mümkünsüzdür”. 
Kreditlərin vaxtında ödənilməməsi kimi səbəblərə gəldikdə isə ekspert qeyd edib ki, belə hallarla üzləşməmək üçün AMB vaxtında düzgün islahatlar aparmalı idi: “Kreditin məhdudlaşdırılması inflyasiya təhlükəsi yaradır. Nəzərə alsaq ki, 2008-ci ildə AMB tərəfindən qəbul edilmiş və 2011-ci ildə əlavələr edilmiş kreditlərin verilməsi qaydalarında kommersiya banklarından kreditlərin verilməsi zamanı arayışların tələb edilməsi qeyd olunurdu. AMB 2014-cü ilin əvvəlinədək bu qaydaya əməl edilib-edilməməsinə göz yumurdu. Bunun da kreditlə bağlı problemlərin dərinləşməsində, kommersiya banklarının daha çox kütləvi kreditləşməyə yönəlməsində ciddi rolu oldu. AMB-nın digər qorxusu ondan ibarətdir ki, pul dövriyyəsində nağd pulun həcmini artırmalıdırlar. Nağd pulun həcmi 2013-cü ilin yekunları 2014-cü ilin əvvəllərində olan məlumata görə, 17% artıb”.
İqtisadçı-ekspert yaranmış vəziyyətdən çıxış yollarında birini qeyd edərək deyib ki, AMB mərkəzləşdirilmiş kredit resurslarının sayını artırmalıdır: “Bu artırılmaya ona görə ehtiyac var ki, kommersiya bankları daha ucuz maliyyə resursları əldə etsinlər və daha ucuz kreditlər versinlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam