Redaktor seçimi
Əhmədzadə və Rustəmov da xaricdə böyük biznesə malik imiş
Bir karyeranın sirri –
SOCAR-da yoxlamalar Mikayıl İsmayılovu bitirə bilər-
ÖLÜM TUNELİ - 2019:  
Mehdi Səlimzadəyə qohumbazlıq ittihamı:
İşsiz müəllim yardım istəyir-
Qardaşı Qorxmaz Hüseynovun nüfuzundan belə yararlanır-
Lütvəli Babayev şəhid ailəsini təhqir edir-
Günün xəbəri

Azərbaycanda donuzçuluq təsərrüfatlarında xəstəliyə görə tədbirlərə başlanıldı- FOTO

Gürcüstan Respublikasında insanlar arasında "donuz qripi"nin (A-H1N1 tipi) sürətlə yayılma və bu xəstəliyin insanlar vasitəsi ilə donuzlara ötürülmə ehtimalını nəzər alaraq ölkəmizin donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır.

Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX)  verilən məlumata görə, belə tədbirlərdən biri də Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən Oğuz şəhər sakini Toskoynov Qeorqiyə məxsus 31 baş donuz saxlanılan təsərrüfatda icra edilib. Baytar mütəxəssisləri heyvanlara baxış keçirib, 3 aydan yuxarı 15 baş donuzda qarayara xəstəliyinə qarşı peyvənd edərək 85 kvadratmetr sahədə dezinfeksiya aparıblar.

Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.

Hazırda Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq 2019-cu ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, "soyuq zəncir" rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

Xatırladaq ki, Gürcüstanda donuz qripindən ölənlərin sayı 14 nəfər çatıb.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     

Ən çox oxunanlar