Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya ilə həmsərhəd rayonlara vaksinlər göndərilib

Rusiya ilə həmsərhəd rayonlara vaksinlər göndərilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə çiçək xəstəliyi əleyhinə əlavə 15 min doza miqdarında vaksin göndərilib

Yenixeber.org: Xidmətdən verilən məlumata görə, vaksin lazımi temperatur rejimi gözlənilməklə QubaQusar və Xaçmaz rayonlarına çatdırılıb.

Peyvəndləmə tədbirləri “soyuq zəncir” prinsipi gözlənilməklə sahə baytarlıq məntəqələrinə çatdırılaraq heyvanlara tətbiq edilib. Artıq bu günlərdə Rusiya Federasiyası ilə həmsərhəd olan rayonlarında çiçək xəstəliyinə qarşı aparılan peyvəndləmə tədbiri yekunlaşıb.

Qeyd edək ki, Dövlət Baytarlıq Xidməti və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə bölgələrə ezam olunub, rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri lazımi avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.

Həmçinin “soyuq zəncir” prinsipinə uyğun olaraq bu rayonlarda 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda nodulyar dermatit və dabaq xəstəliikləri əleyhinə peyvəndləmə tədbirləri aparılıb.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilati-təsərrüfat tədbirlərini davam etdirir.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması barədə məlumat yaymışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam