Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

2020-ci ildə yeni qlobal böhran baş verə bilər -Ekspertin şərhi

 

2020-ci ildə yeni qlobal böhran baş verə bilər - Ekspertdən şərh

ABŞ-ın Çin məhsullarına tətbiq edəcəyi vergi Asiyanın aparıcı iqtisadiyyatı üçün 0.7 faizlik mənfi təsir deməkdir.

Yenixeber.org: Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov ABŞ ilə Çin arasındakı danışıqlar yenidən gərgin mərhələyə qədəm qoymasını şərh edərkən deyib.

Ekspert bildirib ki, Tramp Administrasiyası gələn il 200 milyard dollarlıq Çin məhsullarına 10 faizlik gömrük vergisi tətbiq etmək niyyətindədir:

“Rəsmi Pekin cavab addımları haqda düşünür. Bununla belə, reallıq bundan ibarətdir ki, Tramp adiminstrasiyasının yeni gömrük vergi siyasəti 2020-ci ildə yeni qlobal böhrana səbəb ola bilər. Belə ki, Ağ Ev Çin ilə yanaşı, həmçinin öz müttəfiqləri olan Kanada və Avropa Birliyinə də yeni vergilər tətbiq edir. İldə 162.2 milyard dollarlıq neft idxal edən Çin qlobal neft tələbinin 18.6 faizini formalaşdırır. Bu, isə o deməkdir ki, Çin iqtisadiyyatının zəifləməsi neftə olan tələbin də azalmasına gətirib çıxaracaq. Qlobal ticarət müharibəsinin digər tərəfində olan ABŞ isə 139.1 milyard dollarlıq neft idxalı ilə bazara çıxarılan ümumi “qara qızıl”ın 15.9 faizini alır. Qlobal böhranın baş verəcəyi halda yenidən neftə tələb azalacaq və bu da 2020-ci ildə “qara qızıl”ın qiymətində enişlə müşahidə ediləcək”.

V.Bayramov bildirib ki, şist neft hasilatındakı artım fonunda OPEK + neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı bu yaydakı qərarının davamı olaraq yenidən hasilatın çoxaltmağı düşünür:

“Bunlar isə neft bazarı üçün qiymət baxımından yaxşı nə isə vəd etmir. Bu arada Rusiya Mərkəzi Bankının sədri də neftin 1 barelinin qiymətinin yaxın 2 ildə 55 dollaradək azalacağı ilə bağlı proqnozunu bölüşüb. Qlobal ticarət müharibləri və neft hasilatının artırılması fonunda yeni “neft şokunun” yaranması riskləri güclənməkdədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam