Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çindən ABŞ-a 60 milyardlıq cavab

 

Çindən ABŞ-a 60 milyardlıq cavab
Çin hökumət orqanlarının bəyanatına görə, əgər Vaşinqton Çindən idxal olunan mallara əlavə rüsum tətbiq etməklə hədələməyi davam etdirərsə, Çin də cavab tədbiri olaraq ABŞ-dan idxal olunan 60 milyard dollar məbləğində mallara rüsum tətbiq etməli olacaq. Siyahıya qəhvə, bal, sənayedə işlənən kimyəvi preparatlar daxil edilib.
Yenixeber.org: ABŞ tarifləri artıraraq, Çindən idxal edilən 200 milyard dollarlıq mallara rüsum tətbiq etmək təklifini irəli sürəndən sonra Çinin maliyyə naziri Tramp Administrasiyasını dünya iqtisadiyyatına ziyan vurmaqda ittiham edib. Nazirin bəyanatında bildirilir ki, “əgər ABŞtərəfi öz tarif tədbirlərinin tətbiqini davam etdirəcəksə”, “Çin əks-tədbirlər görmək” və 5207 mala 5-25 faiz arasında cavab rüsumları tətbiq etmək məcburiyyətində qalacaq.

Xatırladaq ki, iyulun 6-da Vaşinqton Pekinin texnologiyaların ötürülməsi üçün şirkətlərə təzyiq göstərilməsinə dəlalət edən faktlar səbəbindən Çindən idxal olunan 34 milyard dollar məbləğində mallara 25 faizlik rüsum tətbiq edib. Çin də cavab tədbiri olaraq analoji məbləğdə ABŞ mallarına rüsum tətbiq edib.

Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders jurnalistlərə bildirib ki, Çin bu cür cavab verməkdənsə, narahatlıq doğuran məsələləri, o cümlədən öz ədalətsiz ticarət praktikasını araşdırmalı idi. Çin XİN-in nümayəndəsi Vaşinqtonu “özünə gəlməyə” və mübahisəni tənzimləməyə çağırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam